“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12, I kitab, maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 11, maddə 1780) aşağıdakı dəyişikliklər edilsin:
1. 4.1-ci maddədə “istisna olmaqla” sözlərindən sonra “və ödənilən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərti ilə” sözləri əlavə edilsin.
2. 4.1-1-ci maddədə “xidmətlərə” sözündən sonra “(hüquqi hərəkətlərə)” sözləri, “faizi” sözündən sonra “(ödənilən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərti ilə)” sözləri əlavə edilsin.
3. 22-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
Dövlət rüsumu tutulmalı olan hərəkətlər |
Dövlət rüsumunun məbləği |
1 |
2 |
22.0. Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziyaların verilməsinə görə: |
|
22.0.1. Toksiki istehsalat tullantılarının: |
|
22.0.1.1. utilizasiyası |
550 manat |
22.0.1.2. zərərsizləşdirilməsi |
550 manat |
22.0.2. Özəl tibb fəaliyyəti |
2250 manat |
22.0.3. Əczaçılıq fəaliyyəti: |
|
22.0.3.1. dərman vasitələrinin istehsalı |
2250 manat |
22.0.3.2. dərman vasitələrinin topdansatışı |
20000 manat |
22.0.3.3. dərman vasitələrinin pərakəndə satışı |
1000 manat |
22.0.4. Prekursorların: |
|
22.0.4.1. istehsalı |
250 manat |
22.0.4.2. idxalı |
250 manat |
22.0.4.3. ixracı |
250 manat |
22.0.4.4. tranzit nəql edilməsi |
250 manat |
22.0.5. Təhsil fəaliyyəti: |
|
22.0.5.1. məktəbəqədər təhsil müəssisələri |
1250 manat |
22.0.5.2. ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) |
10000 manat |
22.0.5.3. ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri) |
2000 manat |
22.0.5.4. orta ixtisas təhsili müəssisələri |
2000 manat |
22.0.5.5. ali təhsil müəssisələri |
13750 manat |
22.0.5.6. əlavə təhsil müəssisələri |
1500 manat |
22.0.5.7. dini orta ixtisas təhsili müəssisələri |
2000 manat |
22.0.5.8. ali dini təhsil müəssisələri |
13750 manat |
22.0.6. Rabitə xidmətləri: |
|
22.0.6.1. telefon (məftilli) |
2500 manat |
22.0.6.2. radiotrank və simsiz telefon |
2500 manat |
22.0.6.3. sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) |
1000000 manat |
22.0.6.4. İP-telefoniya (internet telefoniya) |
50000 manat |
22.0.6.5. ölkədaxili telekommunikasiya kanallarının təşkili |
2500 manat |
22.0.6.6. beynəlxalq telekommunikasiya kanallarının təşkili |
5500 manat |
22.0.6.7. məlumatların ötürülməsi (data) |
3000 manat |
22.0.6.8. sürətli poçt xidməti |
1250 manat |
22.0.7. Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının saxlanması |
550 manat |
22.0.8. Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması |
250 manat |
22.0.9. Maye və təbii qaz təsərrüfatı obyektlərinin: |
|
22.0.9.1. quraşdırılması |
1100 manat |
22.0.9.2. istismarı |
1100 manat |
22.0.10. Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması |
1100 manat |
22.0.11. Liftlərin quraşdırılması və təmiri fəaliyyəti |
250 manat |
22.0.12. Attraksionların istismarı |
1250 manat |
22.0.13. Qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri |
1250 manat |
22.0.14. Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi |
1250 manat |
22.0.15. Yanğından mühafizə fəaliyyəti: |
|
22.0.15.1. müəssisələrin və yaşayış məntəqələrinin müqavilə əsasında yanğınlardan qorunması |
1800 manat |
22.0.15.2. yanğınsöndürmə texnikası məhsulunun istehsalı və satışı, sınaqlarının keçirilməsi |
1800 manat |
22.0.15.3. yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri |
1800 manat |
22.0.15.4. yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası |
1800 manat |
22.0.16. Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri |
550 manat |
22.0.17. Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri
|
550 manat |
22.0.18. Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi |
550 manat |
22.0.19. Özəl baytarlıq təbabəti fəaliyyəti |
220 manat |
22.0.20. Baytarlıq preparatlarının: |
|
22.0.20.1. istehsalı |
1500 manat |
22.0.20.2. satışı |
220 manat |
22.0.21. Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin: |
|
22.0.21.1. istehsalı |
1000 manat |
22.0.21.2. idxalı |
500 manat |
22.0.22. Fərdi ovçuluq təsərrüfatlarının təşkili |
550 manat |
22.0.23. İstehsal üçün yabanı dərman bitkiləri xammalının tədarükü |
250 manat |
22.0.24. Müxtəlif növ möhürlərin və ştampların hazırlanması |
1100 manat |
22.0.25. Fond birjası fəaliyyəti |
5500 manat |
22.0.26. İnvestisiya şirkəti fəaliyyəti |
2750 manat |
22.0.27. Klirinq təşkilatı fəaliyyəti |
2750 manat |
22.0.28. İnvestisiya fondunun depozitarı fəaliyyəti |
2750 manat |
22.0.29. Səhmdar investisiya fondu fəaliyyəti |
5500 manat |
22.0.30. İnvestisiya fondlarının idarə edilməsi fəaliyyəti |
2750 manat |
22.0.31. Kredit təşkilatlarının fəaliyyəti: |
|
22.0.31.1. bank, xarici bankın yerli filialı |
11000 manat |
22.0.31.2. bank olmayan kredit təşkilatı |
550 manat |
22.0.31.3. poçt rabitəsinin milli operatoru |
500 manat |
22.0.32. Sığorta sahəsində fəaliyyət: |
|
22.0.32.1. sığorta fəaliyyəti |
11000 manat |
22.0.32.2. təkrarsığorta fəaliyyəti |
11000 manat |
22.0.33. Sığorta brokeri fəaliyyəti: |
|
22.0.33.1. hüquqi şəxs olan sığorta brokerləri |
11000 manat |
22.0.33.2. fiziki şəxs olan sığorta brokerləri |
500 manat |
22.0.34. Sığorta agenti fəaliyyəti: |
|
22.0.34.1. hüquqi şəxs olan sığorta agentləri |
500 manat |
22.0.34.2. fiziki şəxs olan sığorta agentləri |
220 manat |
22.0.35. Özəl mühafizə fəaliyyəti |
1500 manat |
22.0.36. İnformasiya mühafizə vasitələrinin layihələndirilməsi və istehsalı sahəsində fəaliyyət |
1100 manat |
22.0.37. Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi |
1100 manat |
22.0.38. Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi |
1100 manat |
22.0.39. Teleradio yayımı fəaliyyəti: |
|
22.0.39.1. ümumrespublika televiziya yayımı |
50000 manat |
22.0.39.2. Bakı şəhəri üzrə televiziya yayımı |
2250 manat |
22.0.39.3 regional televiziya yayımı |
1500 manat |
22.0.39.4. ümumrespublika radio yayımı |
2500 manat |
22.0.39.5. Bakı şəhəri üzrə radio yayımı |
1250 manat |
22.0.39.6. regional radio yayımı |
500 manat |
22.0.39.7. əlavə informasiya yayımı |
500 manat |
22.0.39.8. abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı |
1500 manat |
22.0.39.9. abonentlərinin sayı 5000-dən çox olan kabel şəbəkəsi yayımı |
2500 manat |
22.0.39.10. peyk yayımı |
500 manat |
22.0.39.11. xarici teleradio kanallarının peyk vasitəsilə yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət |
500 manat |
4. 23-cü maddə üzrə:
4.1. 23.1-ci maddədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət rüsumu” sözləri “dövlət rüsumu tam məbləğdə” sözləri ilə əvəz edilsin;
4.2. 23.2-ci, 23.3-cü (birinci və üçüncü cümlələrdə) və 23.4-cü maddələrdən “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2017-ci il.
10 марта 2017, 09:0324 сентября 2020, 20:09
Распоряжение Президента Азербайджанской Республики О награждении сотрудников Азербайджанского государственного экономического университета подробно...
22 сентября 2020, 20:09
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по продолжению работ по реконструкции автомобильных дорог на территории Сабунчинского района города Баку подробно...
21 сентября 2020, 15:09
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по продолжению работ по реконструкции автомобильных дорог на территории Сабаильского района города Баку подробно...
18 сентября 2020, 14:09
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по продолжению работ по реконструкции автомобильных дорог на территории Хатаинского района города Баку подробно...
17 сентября 2020, 20:09
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению обеспечения посевных площадей в Гусарском районе оросительной водой и удовлетворению потребностей населения в питьевой воде подробно...
16 сентября 2020, 14:09
Распоряжение Президента Азербайджанской Республики О награждении Ф.Т.Ахмедова орденом «Достлуг» подробно...
16 сентября 2020, 14:09
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по продолжению работ по реконструкции автомобильных дорог на территории Пираллахинского района города Баку подробно...
16 сентября 2020, 14:09
Распоряжение Президента Азербайджанской Республики О награждении В.А.Ахундова орденом «Шохрат» подробно...
15 сентября 2020, 21:09
Распоряжение Президента Азербайджанской Республики О награждении В.С.Майорова орденом "Шохрат" подробно...
14 сентября 2020, 16:09
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по строительству автомобильной дороги Сусай-Хыналыг Губинского района подробно...