“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 514-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 514-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 mart 2017-ci il.
10 марта 2017, 09:0331 января 2020, 07:01
Распоряжение Президента Азербайджанской Республики О присвоении высших специальных званий сотрудникам Государственного таможенного комитета Азербайджанской Республики подробно...
31 января 2020, 07:01
Распоряжение Президента Азербайджанской Республики О мерах по проектированию и бурению субартезианских скважин для удовлетворения потребностей посевных площадей и населения в Геранбойском районе в питьевой воде подробно...
31 января 2020, 07:01
Распоряжение Президента Азербайджанской Республики О награждении Х.С.Годжаева (Хейраддина Годжа) орденом «Шохрат» подробно...
28 января 2020, 03:01
Распоряжение Президента Азербайджанской Республики О мерах по капитальному ремонту автомобильных дорог в поселках и новых жилых массивах города Сумгайыт подробно...
17 января 2020, 08:01
Распоряжение Президента Азербайджанской Республики О мерах по проектированию и строительству центра «ASAN xidmət» в городе Нахчыван подробно...
14 января 2020, 08:01
Распоряжение Президента Азербайджанской Республики О награждении Х.Б.Юсифзаде орденом «Гейдар Алиев» подробно...
14 января 2020, 08:01
Распоряжение Президента Азербайджанской Республики О награждении В.Ю.Талыбова орденом «Шараф» подробно...
8 января 2020, 08:01
Распоряжение Президента Азербайджанской Республики Об освобождении В.Дж.Ахмедова от должности заместителя председателя Открытого акционерного общества «Азеришыг» подробно...
8 января 2020, 08:01
Распоряжение Президента Азербайджанской Республики О назначении В.Дж.Ахмедова председателем Открытого акционерного общества «Азеришыг» подробно...
8 января 2020, 08:01
Распоряжение Президента Азербайджанской Республики О мерах по проектированию и бурению субартезианских скважин для удовлетворения потребностей посевных площадей и населения в Агджабединском районе в питьевой воде подробно...