“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 98-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348; 1999, № 11, maddə 609; 2000, № 11, maddə 776; 2001, № 9, maddə 576, № 12, maddələr 733, 736; 2002, № 12, maddə 706; 2004, № 7, maddə 505, № 12, maddə 976; 2005, № 1, maddə 2, № 12, maddə 1082; 2006, № 11, maddə 923, № 12, maddə 1018; 2007, № 1, maddə 4, № 12, maddə 1193; 2008, № 2, maddə 49, № 4, maddə 254, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 12, maddə 970; 2010, № 4, maddə 276, № 11, maddə 949; 2011, № 10, maddə 883; 2013, № 11, maddə 1284, № 12, maddə 1487; 2014, № 10, maddə 1171; 2016, № 4, maddə 657, № 6, maddə 971) aşağıdakı dəyişikliklər edilsin:
1. 10-cu maddənin ikinci hissəsinin birinci bəndinə, 13-cü maddənin ikinci hissəsinə, 21-ci maddənin birinci hissəsinin birinci və doqquzuncu bəndinə “şəxsləri,” sözündən sonra “publik hüquqi şəxslər,” sözləri əlavə edilsin.
2. 13-cü maddənin üçüncü hissəsinə (birinci halda) “şəxslərin,” sözündən sonra “publik hüquqi şəxslərin,” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2017-ci il.
10 марта 2017, 09:0314 февраля 2014, 09:02
О присвоении почетных званий лицам, имеющим заслуги в социально-культурном развитии города Гянджа подробно...
14 февраля 2014, 09:02
О награждении лиц, имеющих заслуги в социально-экономическом развитии города Гянджа подробно...
14 февраля 2014, 09:02
О мерах по проведению кампании «Справедливость к Ходжалы» подробно...
13 февраля 2014, 17:02
Национальный фонд поддержки предпринимательства предоставил 3,67% льготных кредитов в 2014 году подробно...
13 февраля 2014, 13:02
Министерство образования Азербайджана планирует за счёт иностранных преподавателей поднять качество высшего образования подробно...
13 февраля 2014, 12:02
Утверждена программа социальной реабилитации и социальной интеграции детей, ставших жертвами торговли людьми подробно...
13 февраля 2014, 08:02
О проведении 220-летнего юбилея Аббасгулу Ага Бакиханова подробно...
12 февраля 2014, 17:02
В 2014 году в страховое законодательство Азербайджана будут внесены новые поправки подробно...
12 февраля 2014, 15:02
Президент Грузии находится с первым официальным визитом в Баку подробно...
12 февраля 2014, 10:02
Система упрощённых выплат государству и упрощённой регистрации недвижимости учреждена в Азербайджане подробно...