“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli 774-IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli 774-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 noyabr 2013-cü il.
17 июля 2017, 10:07
О награждении Э.T.Сулеймановой орденом «Шараф» подробно...
17 июля 2017, 10:07
Об утверждении «Государственной программы развития сельскохозяйственной кооперации в Азербайджанской Республике на 2017-2022 годы» подробно...
14 июля 2017, 10:07
О предоставлении Н.А. Ахмедову персональной пенсии Президента Азербайджанской Республики подробно...
14 июля 2017, 10:07
О награждении А.А. Мамедова орденом «Шохрат» подробно...
14 июля 2017, 10:07
О награждении сотрудников Государственного комитета Азербайджанской Республики по работе с диаспорой подробно...
14 июля 2017, 10:07
Об утверждении «Государственной программы по развитию хлопководства в Азербайджанской Республике на 2017-2022 годы» подробно...
14 июля 2017, 10:07
О присвоении Н.А.Гурбанову почетного звания «Заслуженный государственный служащий» подробно...
14 июля 2017, 10:07
О награждении С.А.Исмайлова орденом «Шохрат» подробно...
13 июля 2017, 10:07
О назначении Т.Х.Зейналабдина почетным консулом Азербайджанской Республики в Республике Судан подробно...
13 июля 2017, 10:07
О награждении сотрудников органов дипломатической службы Азербайджанской Республики подробно...