“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının2017-ci il 1 fevral tarixli 521-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 521-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2017-ci il.
24 февраля 2017, 09:02
28 февраля 2014, 14:02
Министр труда: Азербайджан намерен применить цивилизованные методы оказания социальных услуг населению подробно...
28 февраля 2014, 09:02
Академия наук создаёт новые институты по нефти и газу, по мировой политике и по истории науки подробно...
28 февраля 2014, 09:02
Утверждена Государственная программа социально-экономического развития регионов на 2014–2018 годы подробно...
28 февраля 2014, 09:02
Об утверждении «Государственной программы социально-экономического развития регионов Азербайджанской Республики в 2014-2018 годах» подробно...
27 февраля 2014, 16:02
О назначении З.М.Гусейнова председателем Закрытого акционерного общества «Бакинский метрополитен» подробно...
27 февраля 2014, 16:02
Учреждено ЗАО «Бакинский метрополитен», его возглавил Заур Гусейнов подробно...
27 февраля 2014, 13:02
В МИД Азербайджана представлен план реформ в оборонной сфере страны подробно...
27 февраля 2014, 10:02
Военно-охотничий союз учреждён в Азербайджане подробно...
26 февраля 2014, 17:02
Министерство налогов Азербайджана анонсировало камеральные проверки шоу-бизнеса подробно...
26 февраля 2014, 15:02
Азербайджан практически отменил акцизы на бензин АИ-92 подробно...