“Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 525-VQD nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 525-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 fevral 2017-ci il.

21 февраля 2017, 09:02

http://www.azertag.net

2531—2540 из 3607

2 декабря 2015, 09:12

Об избрании членов Комитета Милли Меджлиса Азербайджанской Республики по обороне, безопасности и борьбе с коррупцией   подробно...

2 декабря 2015, 09:12

Об избрании членов Комитета Милли Меджлиса Азербайджанской Республики по правовой политике и государственному строительству   подробно...

30 ноября 2015, 09:11

О награждении орденом «Знамя Азербайджана» сотрудников Министерства внутренних дел Азербайджанской Республики   подробно...

27 ноября 2015, 09:11

О присоединении Азербайджанского института учителей к Азербайджанскому государственному педагогическому университету   подробно...

27 ноября 2015, 09:11

О награждении Абдельазиза Османа аль-Тувейджри орденом «Достлуг»   подробно...

26 ноября 2015, 09:11

О проведении 100-летнего юбилея Гамбара Гусейнли   подробно...

26 ноября 2015, 09:11

О награждении Э.М.Пашаевой орденом «Шохрат»   подробно...

26 ноября 2015, 09:11

Об отзыве Р.Э.Мамедова с должности генерального консула Азербайджанской Республики в городе Актау Республики Казахстан   подробно...

26 ноября 2015, 09:11

Об отзыве З.А.Гашимова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Республике Казахстан   подробно...

26 ноября 2015, 09:11

Об отзыве В.М.Султанзаде с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Туркменистане и одновременно в Исламской Республике Афганистан   подробно...