“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 478-VQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 478-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 fevral 2017-ci il.

20 февраля 2017, 09:02

http://www.azertag.net

2701—2710 из 3607

25 июня 2015, 09:06

О награждении орденом «Шараф» З.А.Самедзаде   подробно...

25 июня 2015, 09:06

О награждении военнослужащих и гражданских работников Вооруженных сил Азербайджанской Республики   подробно...

25 июня 2015, 09:06

О присвоении Я.А.Гасанову высшего воинского звания генерал-майора юстиции   подробно...

25 июня 2015, 09:06

О присвоении высших воинских званий военнослужащим Вооруженных сил Азербайджанской Республики   подробно...

25 июня 2015, 09:06

О присвоении почетных званий военнослужащим и гражданским работникам Вооруженных сил Азербайджанской Республики   подробно...

25 июня 2015, 09:06

О предоставлении Г.Б.Гулиеву персональной пенсии Президента Азербайджанской Республики   подробно...

24 июня 2015, 09:06

О награждении работников машиностроительной промышленности медалью «Терегги»   подробно...

23 июня 2015, 09:06

О награждении государственных служащих   подробно...

23 июня 2015, 09:06

О присвоении государственным служащим почетного звания «Заслуженный государственный служащий»   подробно...

19 июня 2015, 09:06

О присвоении Л.М.Грановской почетного звания «Заслуженный деятель науки»   подробно...