Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 175; 2000, № 8 (III kitab), maddə 615; 2001, № 10, maddə 640, № 12, maddələr 754, 755; 2003, № 10, maddələr 546, 568, 571, 585; 2004, № 12, maddə 1005; 2005, № 2, maddə 69, № 3, maddə 170, № 7, maddə 592, № 8, maddə 720, № 12, maddələr 1104, 1112; 2006, № 9, maddə 743; 2007, № 3, maddə 234, № 8, maddə 766; 2008, № 6, maddə 498, № 9, maddə 798, № 11, maddə 969; 2009, № 2, maddə 70, № 4, maddə 226, № 10, maddələr 776, 779; 2010, № 4, maddə 296, № 5, maddə 389; 2013, № 9, maddə 1056; 2014, № 4, maddə 364, № 5, maddə 477, № 7, maddə 805, № 9, maddə 1027; 2016, № 11, maddə 1817) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 12.1-ci və 12.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
“12.1. Hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur.
12.2. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər.”;
1.2. aşağıdakı məzmunda 12.3–12.6-cı bəndlər əlavə edilsin:
“12.3. İxrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə, müvafiq olaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra – Palata) və Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Palataya ötürülməsini təmin edir.
12.4. Müvəkkil banklar şəxslərin aidiyyəti hesablarına ixrac müqavilələri üzrə xarici valyutanın daxil olması barədə məlumatı Palata tərəfindən müəyyən edilmiş formada və qaydada vəsait daxil olduğu gündən 3 (üç) iş günü ərzində Palataya ötürürlər.
12.5. Palata müvəkkil banklardan daxil olmuş məlumatlar və elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin müəyyən olunmuş müddətdə ixracatçının müvəkkil bankdakı hesabına köçürülmədiyini müəyyən etdiyi halda ixracatçı barədə qanunvericiliklə müəyyən edilmiş nəzarət və digər tədbirlərin görülməsi məqsədilə 2 (iki) iş günü müddətində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat verir.
12.6. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Palata idxal-ixrac əməliyyatları üzrə bu Qaydalarda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsində əməkdaşlıq edirlər.”;
1.3. 15.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“15.2. Xarici ticarət əməliyyatları üzrə malların Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılmasına və gətirilməsinə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, bu əməliyyatların hesablaşmalar hissəsinə isə Palata və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzarət edirlər.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 fevral 2017-ci il.
13 февраля 2017, 09:0220 декабря 2021, 11:12
Указ Президента Азербайджанской Республики О внесении изменения в Указ Президента Азербайджанской Республики «О повышении размера социальных пособий» от 29 августа 2013 года номер 973 подробно...
14 декабря 2021, 07:12
Распоряжение Президента Азербайджанской Республики Об оказании финансовой поддержки футбольному клубу «Карабах» подробно...
10 декабря 2021, 07:12
Распоряжение Президента Азербайджанской Республики О мерах по проведению в 2022 году очередного конкурса «Yüksəliş» и внесении изменения в Распоряжение Президента Азербайджанской Республики «Об учреждении конкурса «Yüksəliş» от 26 июля 2019 года номер 1354 подробно...
7 декабря 2021, 07:12
Распоряжение Президента Азербайджанской Республики О награждении работников сферы связи и информационных технологий Азербайджанской Республики подробно...
7 декабря 2021, 07:12
Распоряжение Президента Азербайджанской Республики О присвоении работникам сферы связи и информационных технологий Азербайджанской Республики почетного звания «Заслуженный инженер» подробно...
7 декабря 2021, 07:12
Распоряжение Президента Азербайджанской Республики О награждении сотрудников Счетной палаты Азербайджанской Республики подробно...
2 декабря 2021, 07:12
Распоряжение Президента Азербайджанской Республики Об отмене Распоряжения Президента Азербайджанской Республики «О назначении специального представителя Президента Азербайджанской Республики в освобожденной от оккупации части Агдамского района» от 24 мая 2021 года номер 2656 подробно...
2 декабря 2021, 07:12
Распоряжение Президента Азербайджанской Республики О назначении специального представителя Президента Азербайджанской Республики на освобожденных от оккупации территориях, входящих в Карабахский экономический район подробно...
1 декабря 2021, 07:12
Распоряжение Президента Азербайджанской Республики Об установлении памятника Ашугу Алескеру подробно...
30 ноября 2021, 07:11
Распоряжение Президента Азербайджанской Республики Об отзыве И.Ф.Искендерова с должности генерального консула Азербайджанской Республики в городе Екатеринбург Российской Федерации подробно...