Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasında əhalinin qida məhsulları ilə etibarlı təminatı dövlətin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Son illərdə qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində nəzərəçarpan nailiyyətlər əldə edilmişdir.

 

Görülmüş tədbirlərin davamı olaraq, ölkədə əhalini təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin etmək, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyini daha da artırmaq qarşıdakı dövr üçün də əsas vəzifələrdən biri kimi müəyyən edilmişdir.

Nəzərdə tutulan hədəf ölkədə bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsini, milli standartların beynəlxalq tələblərə tam uyğunlaşdırılmasını və beynəlxalq təşkilatlarla əməkdaşlığın dərinləşdirilməsini zəruri edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasında qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya normaları və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini), risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik) yaradılsın.

2. Agentliyin fəaliyyətini təmin etmək məqsədilə aşağıdakı tərkibdə Qida Təhlükəsizliyi Komissiyası (bundan sonra – Komissiya) yaradılsın:

 

Komissiyanın sədri

 

Əli Əhmədov – Azərbaycan Respublikası Baş nazirinin müavini

 

Komissiyanın üzvləri:

 

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri.

3. Komissiyaya tapşırılsın ki:

3.1. Agentliyin əsasnaməsinin layihəsini, habelə dövlət orqanları və qurumlarının bu Fərmanın 1-ci hissəsində müəyyən edilmiş istiqamətlər üzrə fəaliyyətinin həyata keçirilməsinə xidmət edən ştat cədvəli nəzərə alınmaqla, Agentliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. dövlət orqanları və qurumlarının bu Fərmanın 1-ci hissəsində müəyyən edilmiş istiqamətlər üzrə səlahiyyətlərinin Agentliyə ötürülməsi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

4. Müəyyən edilsin ki, Agentlik bu Fərmanın 1-ci hissəsində müəyyən edilmiş istiqamətlər üzrə fəaliyyətə 2018-ci il yanvarın 1-dən başlayır və həmin gün Komissiyanın səlahiyyət müddəti başa çatır.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. bu Fərmanın 3.2-ci bəndi nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.4. beynəlxalq təcrübə nəzərə alınmaqla, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.5. Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2018–2025-ci illər üçün dövlət proqramının layihəsini Agentlik ilə birlikdə altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.6. bu Fərmanın 3.2-ci bəndi nəzərə alınmaqla, baytarlıq, bitki mühafizəsi və karantini sahəsində (heyvan və bitki mənşəli məhsullar və xammal istisna olmaqla) dövlət nəzarətinin və xidmətlər göstərilməsinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, heyvan və bitki mənşəli məhsullar və xammal da daxil olmaqla qida məhsullarının təhlükəsizliyinə nəzarətin isə Agentlik tərəfindən həyata keçirilməsi ilə bağlı səlahiyyət bölgüsünün aparılması, habelə bu sahədə nəzarətin həyata keçirilməsi zamanı digər dövlət orqanları və qurumlarının səlahiyyətlərinin təkrarlanması hallarının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Agentliklə birlikdə mövcud normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.7. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Agentliklə birlikdə Agentliyin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərini həll etsin, digər dövlət orqanları və qurumlarının Agentliyin bu Fərmanın 1-ci hissəsində müəyyən edilmiş istiqamətlər üzrə fəaliyyətinin həyata keçirilməsinə xidmət edə bilən dövlət əmlakının inventarizasiyasını apararaq, həmin əmlakın Agentliyə verilməsi ilə bağlı təkliflərini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.8. bu Fərmanın 4-cü hissəsi nəzərə alınmaqla, Agentliyin Kodeks Alimentarius Komissiyasının Azərbaycan üzrə Milli Əlaqələndiricisi təyin olunmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.9. Kodeks Alimentariusun və qida məhsullarına dair digər beynəlxalq standartların qida məhsullarının istehsalçıları tərəfindən tətbiqinin təşviq edilməsi ilə bağlı tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.10. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Bu Fərmanın 5.5-ci bəndində qeyd olunan dövlət proqramı hazırlanarkən aşağıdakı prioritet istiqamətlər əsas götürülsün:

6.1. qida məhsullarının təhlükəsizliyinə dair normativ hüquqi aktların, o cümlədən standartların, sanitariya, fitosanitariya və baytarlıq norma və qaydalarının “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyanın, Kodeks Alimentarius Komissiyasının və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının standartlarına və tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi;

6.2. qida məhsullarının uyğunluğunun qiymətləndirilməsi (təsdiqi) sisteminin beynəlxalq tələblərə müvafiqliyin təmin edilməsi;

6.3. beynəlxalq təcrübə nəzərə alınmaqla, qida məhsullarının risk qrupları (aşağı, orta və yüksək risk) üzrə təsnifatının aparılması və risk qiymətləndirilməsi meyarlarının müəyyənləşdirilməsi;

6.4. genetik modifikasiya olunmuş orqanizmlərin və onların törəmələrinin dövriyyəsinə nəzarət sisteminin təkmilləşdirilməsi;

6.5. “tarladan süfrəyədək” prinsipi əsasında qida məhsulları istehsalının bütün mərhələlərində məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, nəzarət sisteminin və mexanizmlərinin işlənib hazırlanması və həyata keçirilməsi;

6.6. qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi;

6.7. qida məhsullarının təhlükəsizliyi ilə bağlı maddi-texniki bazanın gücləndirilməsi və modernləşdirilməsi (o cümlədən laboratoriyalar şəbəkəsinin genişləndirilməsi və laboratoriyaların beynəlxalq akkreditasiyadan keçirilməsi).

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 fevral 2017-ci il.

13 февраля 2017, 09:02

http://www.azertag.net

501—510 из 3607

5 января 2021, 19:01

Распоряжение Президента Азербайджанской Республики Об освобождении А.Г.Керимова от должности первого заместителя министра культуры Азербайджанской Республики   подробно...

5 января 2021, 19:01

Распоряжение Президента Азербайджанской Республики О назначении А.Г.Керимова министром культуры Азербайджанской Республики   подробно...

4 января 2021, 20:01

Указ Президента Азербайджанской Республики О создании юридического лица публичного права «Фонд возрождения Карабаха»   подробно...

4 января 2021, 20:01

Распоряжение Президента Азербайджанской Республики Об утверждении состава Наблюдательного совета Фонда возрождения Карабаха   подробно...

31 декабря 2020, 15:12

Распоряжение Президента Азербайджанской Республики О награждении Т.А.Ахмедова орденом «Шохрат»   подробно...

31 декабря 2020, 15:12

Распоряжение Президента Азербайджанской Республики О награждении Э.Дж.Мамедова орденом «Шохрат»   подробно...

31 декабря 2020, 15:12

Распоряжение Президента Азербайджанской Республики О награждении Т.Й.Рустамханлы орденом «Шохрат»   подробно...

31 декабря 2020, 15:12

Распоряжение Президента Азербайджанской Республики О награждении М.И.Ибрагимова орденом «Шараф»   подробно...

31 декабря 2020, 15:12

Распоряжение Президента Азербайджанской Республики О награждении Г.А.Гасанова орденом “Шохрат”   подробно...

31 декабря 2020, 15:12

Распоряжение Президента Азербайджанской Республики О предоставлении В.А.Джафарову персональной пенсии Президента Азербайджанской Республики   подробно...