"Viza blankının doldurulması Qaydası"nın, "Viza almaq üçün ərizə-anket"in nümunəsinin və "Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti"nin nümunəsinin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 87
Bakı şəhəri, 19 mart 2014-cü il
"Viza blankının doldurulması Qaydası"nın, "Viza almaq üçün ərizə-anket"in nümunəsinin və "Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti"nin nümunəsinin təsdiq edilməsi haqqında
"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.2.2-ci, 1.2.3-cü və 1.2.4-cü yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Viza blankının doldurulması Qaydası" təsdiq edilsin (1 nömrəli əlavə).
2. "Viza almaq üçün ərizə-anket"in nümunəsi təsdiq edilsin (2 nömrəli əlavə).
3. "Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti"nin nümunəsi təsdiq edilsin (3 nömrəli əlavə).
4. Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmişdir 1 nömrəli əlavə
Viza blankının doldurulması
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və viza blankının fərdi olaraq doldurulması qaydasını müəyyən edir.
1.2. Viza verilməsi haqqında vəsatətə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 36-cı maddəsində göstərilmiş müvafiq sənədlər təqdim edildiyi təqdirdə, həmin Məcəllənin 37-ci maddəsinə uyğun olaraq baxılır və viza verilməsi məqsədəuyğun hesab edildikdə viza blankı doldurulur.
2. Viza blankının doldurulması
2.1. Viza blankı fərdi qaydada "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (bundan sonra - İAMAS) "Viza" altsistemi vasitəsilə doldurulur.
2.2. "Viza" altsistemi vasitəsilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə (bundan sonra - əcnəbilər) viza verilməsi üçün İAMAS-la aşağıdakı işlər həyata keçirilir:
2.2.1. viza alan əcnəbinin miqrasiya qanunvericiliyində nəzərdə tutulmuş məlumatları elektron formada optik oxuyucu və (və ya) klaviatura vasitəsilə İAMAS-ın "Əcnəbilər" informasiya resursuna daxil edilir və ona sistemdaxili identifikasiya nömrəsi verilir;
2.2.2. təqdim olunan məlumatların düzgünlüyü və tamlığı, əldə olan sənədlərə uyğunluğu yoxlanılır, İAMAS-ın məhdudiyyət siyahıları ilə müqayisələr aparılır və sistemdaxili razılaşdırma həyata keçirilir;
2.2.3. yoxlamanın və razılaşdırmanın nəticəsindən asılı olaraq qəbul edilən yekun rəy müsbət olduqda, viza blankının çap edilməsinə icazə yaranır və fərdiləşdirilməsi təmin edilir;
2.2.4. viza blankı və onun çap keyfiyyəti xüsusi proqram-texniki vasitə ilə yoxlanılır;
2.2.5. fərdi olaraq doldurulmuş, eləcə də qüsurlu, zədələnmiş və ya korlanmış blankların qeydiyyatı "Blankların uçotu" informasiya resursunda avtomatik aparılır.
2.3. Viza blankının əllə doldurulması yolverilməzdir.
4 апреля 2014, 10:04
14 апреля 2015, 09:04
О дополнительных мерах по ускорению социально-экономического развития Астаринского района подробно...
10 апреля 2015, 09:04
О присвоении почетных званий работникам строительства подробно...
10 апреля 2015, 09:04
О награждении медалью «Терегги» работников строительства подробно...
10 апреля 2015, 09:04
О назначении Э.С.Рустамова председателем Центрального банка Азербайджанской Республики подробно...
10 апреля 2015, 09:04
О дополнительных мерах по завершению реставрационной, созидательной работы и работы по благоустройству и реконструкции дорожной инфраструктуры в комплексе «Имамзаде» на территории Гянджинского государственного историко-культурного заповедника подробно...
9 апреля 2015, 09:04
Об определении нового состава Комиссии по Премии Гейдара Алиева Азербайджанской Республики подробно...
9 апреля 2015, 09:04
О награждении Мамедбагира Джавад оглы Алиева "Почетным дипломом Президента Азербайджанской Республики" подробно...
7 апреля 2015, 09:04
ПЛАН МЕРОПРИЯТИЙ,связанный с объявлением 2015 года в Азербайджанской Республике «Годом сельского хозяйства» подробно...
6 апреля 2015, 09:04
О назначении Э.Г.Набиева судьей Бакинского апелляционного суда подробно...
6 апреля 2015, 09:04
О предоставлении единовременной материальной помощи участникам Великой Отечественной войны 1941-1945 годов, вдовам погибших или скончавшихся впоследствии бойцов, лицам, награжденным орденами и медалями за самоотверженный труд в тылу подробно...