“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 422-VQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 422-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 16-1.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

2.2. həmin Qanunun 16-1.4-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 yanvar 2017-ci il.

26 января 2017, 12:01

http://www.azertag.net

3171—3180 из 3607

30 июня 2014, 09:06

О присвоении Р.К.Теймурову дипломатического ранга чрезвычайного и полномочного посланника второго класса   подробно...

30 июня 2014, 09:06

О назначении А.Ф.Салманова почетным консулом Азербайджанской Республики в городе Харьков Украины   подробно...

27 июня 2014, 16:06

Азербайджан откроет посольство в Алжире   подробно...

27 июня 2014, 16:06

Назначен новый заместитель министра сельского хозяйства Азербайджана   подробно...

27 июня 2014, 09:06

О награждении военнослужащих и гражданских работников Вооруженных сил Азербайджанской Республики   подробно...

27 июня 2014, 09:06

О награждении государственных служащих   подробно...

27 июня 2014, 09:06

О проведении 90-летнего юбилея Наби Хазри   подробно...

27 июня 2014, 09:06

О присвоении почетных званий военнослужащим и гражданским работникам Вооруженных сил Азербайджанской Республики   подробно...

27 июня 2014, 09:06

О предоставлении Н.Ш.Сеидзаде персональной пенсии Президента Азербайджанской Республики   подробно...

27 июня 2014, 09:06

О присвоении высших воинских званий военнослужащим Вооруженных сил Азербайджанской Республики   подробно...