“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 471-VQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 471-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun 12-4.3-cü maddəsində nəzərdə tutulan xəritənin hazırlanmasının xüsusiyyətlərini Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 218 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nda müəyyən edən təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinin ikinci cümləsində, 12-1-ci maddəsində (hər iki halda), 12-3.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 12-3.1.1.1-ci, 12-4.1-ci və 12-4.3-cü maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

2.2. həmin Qanunun 12-3.1-ci maddəsinin birinci cümləsində (ikinci halda), 12-3.1.1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 yanvar 2017-ci il.

 

12 января 2017, 09:01

http://www.azertag.net

3271—3280 из 3607

13 мая 2014, 16:05

Шахин Мустафаев примет участие в XXIII годовом собрании совета управляющих EBRD   подробно...

13 мая 2014, 12:05

О награждении орденом «Шараф» Г.И.Абуталыбова   подробно...

13 мая 2014, 13:05

О награждении орденом «Достлуг» А.М.Тулеева   подробно...

12 мая 2014, 09:05

О награждении сотрудников Фонда Гейдара Алиева медалью «Терегги»   подробно...

12 мая 2014, 09:05

О создании в подчинении Министерства связи и высоких технологий Азербайджанской Республики Закрытого акционерного общества «Национальный центр ядерных исследований» для использования ядерных технологий в мирных целях   подробно...

8 мая 2014, 14:05

Открыт приём предложений по развитию промышленности в Азербайджане   подробно...

8 мая 2014, 09:05

О награждении Мирейи Агуэро де Корралес орденом «Достлуг»   подробно...

8 мая 2014, 09:05

О предоставлении Ш.Н.Гасанову персональной пенсии Президента Азербайджанской Республики   подробно...

8 мая 2014, 09:05

О назначении М.С.Мамедова главой Исполнительной власти Тертерского района   подробно...

7 мая 2014, 17:05

Азербайджанские инспекторы труда вновь взялись за строительный сектор   подробно...