“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 14 mart tarixli 920-IVQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 14 mart tarixli 920-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 aprel 2014-cü il.
3 апреля 2014, 17:04
18 ноября 2014, 09:11
Участникам Третьего общереспубликанского форума детей подробно...
17 ноября 2014, 09:11
О мерах по строительству нового здания для полной средней школы номер 20 в Ясамальском районе города Баку подробно...
17 ноября 2014, 09:11
Президенту Государства Палестина Его превосходительству господину Махмуду Аббасу подробно...
17 ноября 2014, 09:11
Участникам IV съезда Общественного объединения «Русская община Азербайджана» подробно...
14 ноября 2014, 09:11
О мерах по строительству Зыхского судоремонтного завода в городе Баку подробно...
12 ноября 2014, 15:11
Азербайджан отмечает День Конституции подробно...
11 ноября 2014, 09:11
О присвоении М.М.Гасанову и И.М.Мамедову почетного звания «Заслуженный инженер» подробно...
11 ноября 2014, 09:11
О награждении медалью «Терегги» группы работников Бакинского метрополитена подробно...
11 ноября 2014, 09:11
О награждении орденом «Шохрат» С.А.Керими подробно...
11 ноября 2014, 09:11
О присвоении Б.А.Агарагимову почетного звания «Заслуженный инженер» подробно...