“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 449-VQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 449-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Müəyyən edilsin ki, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun adında, 1-ci maddəsində, 2-ci maddəsinin birinci abzasında, 3-cü maddəsinin birinci abzasında və 4-cü hissəsində, 4-cü, 5-ci və 6-cı maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsinin gəlirlərinin və xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2017-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna nəzərdə tutulmuş ayırmaların (transfertin) rüblük və aylıq bölgüsünü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, yerli icra hakimiyyəti orqanlarına və büdcədən maliyyələşən təşkilatların rəhbərlərinə tapşırılsın ki, büdcədənkənar vəsaitlər üzrə əvvəlki illərdə yaranmış məcburi dövlət sosial sığorta haqları borclarını 2017-ci il üçün xüsusi vəsaitlərin smetalarında nəzərə alsınlar.
6. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, şəhər və rayon icra hakimiyyətlərinə tapşırılsın ki, ərazilərindəki dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarını vaxtında və tam ödəməsini təmin etmək üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları ilə birlikdə tədbirlər həyata keçirsinlər.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2016-cı il.
30 декабря 2016, 09:1224 сентября 2014, 09:09
О создании военных кафедр в Полицейской академии Министерства внутренних дел Азербайджанской Республики и Академии Министерства по чрезвычайным ситуациям Азербайджанской Республики подробно...
24 сентября 2014, 09:09
Еврейской общине Азербайджана подробно...
23 сентября 2014, 09:09
Наследному принцу Королевства Саудовская Аравия, заместителю премьер-министра, министру обороны Его высочеству Салману ибн Абдель Азизу Аль Сауду подробно...
23 сентября 2014, 09:09
Служителю двух благородных святынь Королю Саудовской Аравии Его величеству Абдалле ибн Абдель Азизу Аль Сауду подробно...
22 сентября 2014, 16:09
Кабинет министров: расширение государственного бюджета в 2015 году будет адекватным росту ВВП Азербайджана подробно...
22 сентября 2014, 09:09
О награждении работников нефтяной промышленности Азербайджанской Республики подробно...
22 сентября 2014, 09:09
О предоставлении персональной пенсии Президента Азербайджанской Республики подробно...
22 сентября 2014, 09:09
О присвоении почетных званий работникам нефтяной промышленности Азербайджанской Республики подробно...
22 сентября 2014, 09:09
О награждении орденом «Достлуг» Алесдера Дарлея Шеферда Кука подробно...
22 сентября 2014, 09:09
О награждении орденом «Достлуг» Гордона Янга Биррелла подробно...