“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 429-VQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 429-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 362-1-ci və 362-2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi baxır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 dekabr 2016-cı il.
26 декабря 2016, 10:1216 декабря 2014, 09:12
О награждении сотрудников Министерства по чрезвычайным ситуациям Азербайджанской Республики подробно...
16 декабря 2014, 09:12
Президенту Республики Казахстан Его Превосходительству господину Нурсултану Назарбаеву подробно...
16 декабря 2014, 09:12
Королю Бахрейна Его величеству шейху Хамаду бен Исе Аль Халифе подробно...
16 декабря 2014, 09:12
О присвоении Х.М.Наджафову почетного звания «Заслуженный инженер» подробно...
16 декабря 2014, 09:12
О присвоении Х.К.Керимову воинского звания генерал-майора подробно...
11 декабря 2014, 09:12
О дополнительных мерах по строительству автомобильной дороги Дегади-Пеликеш Астаринского района подробно...
10 декабря 2014, 09:12
О дополнительных мерах по строительству автомобильной дороги Балакен-Сарыбулаг-Габагчель-Халатала Балакенского района подробно...
9 декабря 2014, 09:12
О дополнительных мерах по строительству автомобильной дороги Джалилабад-Астанлы-Дженган-Солтанкенд Джалилабадского района подробно...
8 декабря 2014, 09:12
Президенту Финляндской Республики Его превосходительству господину Саули Ниинисте подробно...
8 декабря 2014, 09:12
О дополнительных мерах по строительству автомобильной дороги Газах-Гушчу Айрым Газахского района подробно...