“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 443-VQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 443-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 dekabr 2016-cı il.
26 декабря 2016, 10:12
5 сентября 2014, 10:09
Инициировано создание Азербайджанского альянса собраний подробно...
5 сентября 2014, 09:09
Обязательное страхование недвижимости в Азербайджане растёт минимум на порядок подробно...
5 сентября 2014, 09:09
О предоставлении И.Х.Оруджеву «Почетного диплома Президента Азербайджанской Республики» подробно...
4 сентября 2014, 11:09
Парк высоких технологий подписал меморандум о сотрудничестве с Microsoft Corporation подробно...
4 сентября 2014, 09:09
О награждении орденом «Гейдар Алиев» Реджепа Тайиба Эрдогана подробно...
3 сентября 2014, 16:09
Лицеи и фармацевты попали в чёрный список в Азербайджане подробно...
3 сентября 2014, 09:09
О награждении орденом «Шохрат» Н.М.Гулиева подробно...
3 сентября 2014, 09:09
О мерах по проведению в городе Баку «Первого глобального форума по молодежной политике» и VI чемпионата мира по компьютерным играм подробно...
2 сентября 2014, 15:09
Обязательное автомобильное страхование в августе упало к июлю, ускорило рост год к году подробно...
2 сентября 2014, 09:09
Об установлении премий для спортсменов Азербайджанской Республики и их тренеров за самые высокие результаты на II юношеских летних Олимпийских играх в городе Нанкин Китайской Народной Республики подробно...