“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 388-VQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 388-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2016-cı il.
22 декабря 2016, 10:126 мая 2014, 09:05
О назначении Т.Р.Мехтиева заместителем министра по чрезвычайным ситуациям Азербайджанской Республики подробно...
5 мая 2014, 12:05
Пятая часть платы за каждый паспорт пойдёт в «карман» полиции подробно...
5 мая 2014, 09:05
О награждении орденом «Шохрат» Н.Н.Новрузова подробно...
5 мая 2014, 09:05
О проведении 90-летнего юбилея Гусейна Арифа подробно...
5 мая 2014, 09:05
О назначении Ф.Ш.Алиевой ректором Азербайджанского государственного университета культуры и искусства подробно...
5 мая 2014, 09:05
О дополнительных мерах по ускорению социально- экономического развития Агдашского района подробно...
5 мая 2014, 09:05
Об освобождении Э.Г.Искендерова от должности председателя Государственного комитета Азербайджанской Республики по работе с религиозными образованиями подробно...
2 мая 2014, 16:05
Министр обороны Азербайджана обсудил с главой МИД Израиля военно-политическую ситуацию в регионе подробно...
2 мая 2014, 09:05
В азербайджанских вузах закрыты все заочные отделения подробно...
1 мая 2014, 17:05
В Азербайджане зарегистрировано второе объединение собственников жилья подробно...