“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 400-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 400-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki:
3.1. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
3.2. həmin Qanunun 11.1-ci və 12.4.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları həyata keçirirlər.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2016-cı il.
22 декабря 2016, 10:1228 ноября 2014, 09:11
О предоставлении финансовой помощи религиозным общинам в Азербайджане подробно...
28 ноября 2014, 09:11
Президенту Исламской Республики Мавритания Его превосходительству господину Мохаммеду ульд Абдель Азизу подробно...
28 ноября 2014, 09:11
Президенту Республики Албания Его превосходительству господину Буяру Нишани подробно...
27 ноября 2014, 09:11
Об утверждении «Правил осуществления государственного градостроительного контроля» подробно...
27 ноября 2014, 09:11
Участникам международной конференции на тему «Индустриализация в XXI веке: основные тренды, современный подход и опыт в промышленной политике» подробно...
25 ноября 2014, 09:11
Председателю Президиума Боснии и Герцеговины Его превосходительству господину Младену Иваничу подробно...
24 ноября 2014, 09:11
О предоставлении Ф.М.Сулейманову почетного звания «Заслуженный инженер» подробно...
24 ноября 2014, 09:11
О награждении медалью «Терегги» работников Гянджинского автомобильного завода подробно...
24 ноября 2014, 09:11
Новоизбранному Президенту Румынии Его превосходительству господину Клаусу Йоханнису подробно...
24 ноября 2014, 09:11
О дополнительных мерах в области совершенствования работы по выдаче виз подробно...