“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1276-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 433-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1148, № 12, maddə 1549; 2015, № 10, maddə 1141; 2016, № 6, maddə 1055, № 10, maddə 1634) aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü hissədə “2017-ci il” sözləri “2018-ci il” sözləri ilə əvəz edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 6.1-ci bəndində “2017-ci il” sözləri “2018-ci il” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr 2016-cı il.
19 декабря 2016, 10:123 октября 2014, 16:10
Министр налогов Азербайджана создал отдел по решению организационных вопросов подробно...
3 октября 2014, 09:10
Президенту Республики Корея Ее превосходительству госпоже Пак Кын Хе подробно...
3 октября 2014, 09:10
Президенту Федеративной Республики Германия Его превосходительству господину Йоахиму Гауку подробно...
2 октября 2014, 17:10
В Азербайджане будут разработаны профессиональные стандарты учителей подробно...
2 октября 2014, 16:10
Министерство труда обещает помочь добросовестным работодателям, не успевшим зарегистрироваться в системе уведомления о работниках подробно...
2 октября 2014, 09:10
Поздравление азербайджанскому народу по случаю Гурбан байрамы подробно...
1 октября 2014, 09:10
О присвоении почетных званий работникам образования Азербайджанской Республики подробно...
1 октября 2014, 09:10
О награждении медалью «Терегги» работников образования Азербайджанской Республики подробно...
1 октября 2014, 09:10
Президенту Исламской Республики Афганистан Его превосходительству господину Ашрафу Гани Ахмадзаю подробно...
1 октября 2014, 09:10
Председателю Китайской Народной Республики Его превосходительству господину Си Цзиньпину подробно...