“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 86-VQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 434-VQD nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 86-VQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 434-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 86-VQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 86-VQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 dekabr 2016-cı il.

19 декабря 2016, 10:12

http://www.azertag.net

481—490 из 3607

26 января 2021, 19:01

Распоряжение Президента Азербайджанской Республики Об освобождении Р.Н.Набиева от должности председателя Открытого акционерного общества «Азеркосмос»   подробно...

26 января 2021, 19:01

Распоряжение Президента Азербайджанской Республики О назначении Р.Н.Набиева министром транспорта, связи и высоких технологий Азербайджанской Республики   подробно...

26 января 2021, 19:01

Распоряжение Президента Азербайджанской Республики Об освобождении О.Г.Шахбазова от должности управляющего делами Президента Азербайджанской Республики   подробно...

26 января 2021, 19:01

Распоряжение Президента Азербайджанской Республики О назначении Р.Н.Гулузаде управляющим делами Президента Азербайджанской Республики   подробно...

26 января 2021, 19:01

Распоряжение Президента Азербайджанской Республики О награждении Т.А.Бакиханова орденом "Шараф"   подробно...

26 января 2021, 19:01

Распоряжение Президента Азербайджанской Республики О награждении А.З.Мустафаева «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

25 января 2021, 19:01

Распоряжение Президента Азербайджанской Республики О ряде мер по улучшению социально-бытовых условий лиц, признанных инвалидами в связи с защитой территориальной целостности, независимости и конституционного строя Азербайджанской Республики, и семей шехидов   подробно...

23 января 2021, 17:01

Распоряжение Президента Азербайджанской Республики О награждении И.М.Гаджиева орденом «Шохрат»   подробно...

23 января 2021, 17:01

Распоряжение Президента Азербайджанской Республики Об утверждении состава Наблюдательного совета Государственной нефтяной компании Азербайджанской Республики   подробно...

22 января 2021, 18:01

Распоряжение Президента Азербайджанской Республики О награждении военнослужащих Вооруженных сил Азербайджанской Республики медалью «За освобождение Агдама»   подробно...