“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992–2017)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 446-VQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992–2017)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 446-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992–2017)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992–2017)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə verilsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992–2017)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri,14 dekabr 2016-cı il.

16 декабря 2016, 10:12

http://www.azertag.net

3511—3520 из 3607

14 февраля 2014, 09:02

О присвоении почетных званий лицам, имеющим заслуги в социально-культурном развитии города Гянджа   подробно...

14 февраля 2014, 09:02

О награждении лиц, имеющих заслуги в социально-экономическом развитии города Гянджа   подробно...

14 февраля 2014, 09:02

О мерах по проведению кампании «Справедливость к Ходжалы»   подробно...

13 февраля 2014, 17:02

Национальный фонд поддержки предпринимательства предоставил 3,67% льготных кредитов в 2014 году   подробно...

13 февраля 2014, 13:02

Министерство образования Азербайджана планирует за счёт иностранных преподавателей поднять качество высшего образования   подробно...

13 февраля 2014, 12:02

Утверждена программа социальной реабилитации и социальной интеграции детей, ставших жертвами торговли людьми   подробно...

13 февраля 2014, 08:02

О проведении 220-летнего юбилея Аббасгулу Ага Бакиханова   подробно...

12 февраля 2014, 17:02

В 2014 году в страховое законодательство Азербайджана будут внесены новые поправки   подробно...

12 февраля 2014, 15:02

Президент Грузии находится с первым официальным визитом в Баку   подробно...

12 февраля 2014, 10:02

Система упрощённых выплат государству и упрощённой регистрации недвижимости учреждена в Азербайджане   подробно...