“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 430-VQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 430-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 dekabr 2016-cı il.

16 декабря 2016, 10:12

http://www.azertag.net

2971—2980 из 3607

14 октября 2014, 09:10

О назначении Н.С.Гаджиева главой Исполнительной власти Низаминского района города Гянджа   подробно...

14 октября 2014, 09:10

О награждении медалью «Терегги» лиц, имеющих заслуги в социально-экономическом развитии Абшеронского района   подробно...

13 октября 2014, 09:10

Королю Испании Его величеству Фелипе VI   подробно...

10 октября 2014, 10:10

Установлены требования при лицензировании для работы со средствами защиты растений и агрохимическими препаратами   подробно...

9 октября 2014, 15:10

9 человек составят коллегию Министерства энергетики   подробно...

9 октября 2014, 09:10

О назначении А.А.Мамедова главой Исполнительной власти Шамкирского района   подробно...

9 октября 2014, 09:10

О создании промышленных кварталов и организации их деятельности   подробно...

9 октября 2014, 09:10

Об освобождении Н.В.Вейсова от должности главы Исполнительной власти Шамкирского района   подробно...

9 октября 2014, 09:10

О присуждении специальной стипендии молодым талантам   подробно...

8 октября 2014, 09:10

О дополнительных мерах по ускорению социально-экономического развития Абшеронского района   подробно...