“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 436-VQD nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 436-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 dekabr 2016-cı il.

15 декабря 2016, 10:12

http://www.azertag.net

3241—3250 из 3607

26 мая 2014, 10:05

О присвоении А.Г.Керимову дипломатического ранга чрезвычайного и полномочного посланника второго класса   подробно...

26 мая 2014, 10:05

О назначении А.Г.Керимова постоянным представителем Азербайджанской Республики при ЮНЕСКО   подробно...

23 мая 2014, 13:05

Об исполнении бюджета Государственного нефтяного фонда Азербайджанской Республики на 2013 год   подробно...

22 мая 2014, 11:05

Счётная палата проконтролирует мероприятия по защите окружающей среды   подробно...

22 мая 2014, 11:05

Допуск к государственной тайне уточняет Азербайджан   подробно...

21 мая 2014, 12:05

Фондовые регуляторы Азербайджана и Польши заключили соглашение о сотрудничестве   подробно...

20 мая 2014, 17:05

Министерство туризма готовит новый закон «О туризме»   подробно...

20 мая 2014, 13:05

Клятва учителя впервые введена в Азербайджане   подробно...

20 мая 2014, 13:05

В Азербайджане учителям официально запретили брать подарки и деньги за оказанные образовательные услуги   подробно...

19 мая 2014, 16:05

Монетарная инфляция третий месяц ниже потребительской инфляции в Азербайджане   подробно...