“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 26-cı bəndini rəhbər tutaraq qərara alır:
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 813; 2016, № 3, maddə 411) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.0.5-ci maddənin birinci cümləsinə və 1.0.18-ci maddəyə “şəxs” sözündən əvvəl “hüquqi” sözü əlavə edilsin.
2. 1.0.23-cü maddəyə “alətlərindən” sözündən sonra “, habelə pul vəsaitindən” sözləri əlavə edilsin.
3. 5.6.3-cü maddədə “olmadıqda” sözü “olduqda” sözü ilə əvəz edilsin.
4. 38.3-cü maddənin birinci cümləsində “icrası” sözü “icrasına dair daxili” sözləri ilə əvəz edilsin.
5. 62.6.1.4-cü maddədə “təsisçilərin” sözü “mühüm iştirak payı sahiblərinin” sözləri ilə əvəz edilsin.
6. 79.1.9-cu maddəyə “götürənləri” sözündən sonra “(götürülənləri)” sözü əlavə edilsin.
7. 83.0.7-ci maddədən “qiymətlərlə” sözü çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 noyabr 2016-cı il.
15 декабря 2016, 10:1218 февраля 2014, 10:02
Промышленное производство в Азербайджане в январе рухнуло на 4% год к году подробно...
18 февраля 2014, 09:02
90-летие народного артиста Т.Ахмедова отметят на государственном уровне подробно...
18 февраля 2014, 09:02
Распоряжение Президента Азербайджанской Республики подробно...
17 февраля 2014, 12:02
Министр туризма Азербайджана озадачил участников рынка подробно...
17 февраля 2014, 09:02
Об утверждении «Концепции культуры Азербайджанской Республики» подробно...
17 февраля 2014, 09:02
О награждении орденом «Истиглал» А.М.Пашаева подробно...
17 февраля 2014, 09:02
О назначении С.Д.Джафарова председателем Закрытого акционерного общества «Азербайджанский комплекс по производству стали» подробно...
14 февраля 2014, 15:02
ЦБ Азербайджана: активизация кредитования реального сектора может потребовать законодательных поправок подробно...
14 февраля 2014, 10:02
«Справедливость к Ходжалы» получила государственное финансирование подробно...
14 февраля 2014, 09:02
О 100-летнем юбилее Лютфали Абдуллаева подробно...