“Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 394-VQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 394-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 dekabr 2016-cı il.
15 декабря 2016, 10:1227 августа 2014, 15:08
Министерства труда и соцзащиты Азербайджана и Турции ведут обмен опытом подробно...
27 августа 2014, 10:08
Технический комитет по метрологии учреждён в Азербайджане подробно...
26 августа 2014, 12:08
Повышены должностные оклады отдельных государственных служащих подробно...
25 августа 2014, 09:08
О награждении военнослужащих Особой службы государственной охраны Азербайджанской Республики подробно...
22 августа 2014, 09:08
Практически каждый второй претендент на место в специализированных лицеях был отсеян подробно...
22 августа 2014, 09:08
О дополнительных мерах по строительству автомобильных дорог Рустов-Ханегях-Гюрдех, Рустов-Нойдюн-Шудуг, Рустов-Меджкехадже, Рустов-Бахчалы-Екдар Губинского района подробно...
21 августа 2014, 12:08
Адресная социальная помощь поставлена под online-надзор подробно...
21 августа 2014, 09:08
О мерах по строительству автомобильной дороги Товуз-Хунанлар-Гараханлы-Дюз Джырдахан Товузского района подробно...
20 августа 2014, 16:08
Европейская комиссия готовит конференцию по экологической безопасности Азербайджана подробно...
20 августа 2014, 09:08
О дополнительных мерах по строительству автомобильной дороги Нода-Шингедулан-Ханегях Лерикского района подробно...