Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2, I kitab, maddə 202, № 3, maddələr 397, 403, 429; № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846; № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249) aşağıdakı dəyişikliklər edilsin:
1. 43.1-ci maddədə “517,” rəqəmlərindən sonra “517-1,” rəqəmləri, “592,” rəqəmlərindən sonra “592-1,” rəqəmləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda 88.1.5-1-ci və 89.3-1-ci maddələr əlavə edilsin:
“88.1.5-1. müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri - dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasının hüquqi rejiminin tələbləri pozulduqda, o cümlədən dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasında fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda, onların şəxsiyyətinin müəyyən edilməsi məqsədilə və ya dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan şəxslərin qanuni tələblərinə mane olmağa yönəlmiş hərəkətlər törədildikdə;
89.3-1. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasında fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda - tutulanın şəxsiyyəti müəyyən edilənədək, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan şəxslərin qanuni tələblərinə mane olmağa yönəlmiş hərəkətlər törədən şəxslər isə 48 saatadək inzibati qaydada tutula bilər.”.
3. 89.4-cü maddədə “513” rəqəmlərindən sonra “, 517-1” rəqəmləri, “çətinlik yaratdığı hallarda” sözlərindən sonra isə “, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda” sözləri əlavə edilsin.
4. Aşağıdakı məzmunda 517-1-ci və 592-1-ci maddələr əlavə edilsin:
“Maddə 517-1. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasının hüquqi rejiminin tələblərinin pozulması
517-1.1. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasının hüquqi rejiminin tələblərinin pozulmasına, yəni:
517-1.1.1. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında nəqliyyat vasitələrinin və piyadaların hərəkətini müvəqqəti məhdudlaşdıran və ya qadağan edən tədbirlərin tətbiqinə, ərazinin müəyyən sahələrinə və obyektlərə nəqliyyat vasitələrini və piyadaları buraxmamağa maneçilik törətməyə;
517-1.1.2. fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadan, onların günün müəyyən edilmiş vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmasına;
517-1.1.3. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasına giriş və ya bu zonadan çıxış zamanı fiziki şəxslərə, onların əşyalarına, nəqliyyat vasitələrinə və nəqliyyat vasitələrində olan əşyalara texniki vasitələr tətbiq etməklə baxış keçirməyə maneçilik törədilməsinə;
517-1.1.4. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması məqsədi ilə fiziki şəxslərin mənzilinə və digər yaşayış yerlərinə, onların torpaq sahələrinə, nəqliyyat vasitələrinə, habelə mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə daxil olmağa maneçilik törədilməsinə;
517-1.1.5. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar zərurət yarandıqda fiziki şəxslərin əməliyyatın aparılma zonasından köçürülməsinə, binaların, qurğuların və digər tikililərin sökülməsinə maneçilik törədilməsinə;
517-1.1.6. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında sanitar-epidemioloji, baytarlıq və digər karantin tədbirlərinin pozulmasına;
517-1.1.7. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında tərkibində narkotik və ya psixotrop maddələr olan dərman vasitələrinin dövriyyəsinin məhdudlaşdırılmasının pozulmasına görə -
fiziki şəxslər əlli manatdan səksən manatadək miqdarda cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, on beş günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə edilir.
Maddə 592-1. Məsafədən idarə edilən pilotsuz uçan aparatların əldə edilməsi və satılması qaydalarının pozulması
Müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçan aparatların əldə edilməsi və ya satılmasına görə -
məsafədən idarə edilən pilotsuz uçan aparatlar müsadirə edilməklə yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 oktyabr 2016-cı il.
13 декабря 2016, 10:1219 мая 2014, 09:05
О награждении сотрудников Управления Государственного историко-архитектурного заповедника «Ичеришехер» при Кабинете Министров Азербайджанской Республики подробно...
19 мая 2014, 09:05
О дополнительных мерах по ускорению социально-экономического развития города Мингячевир подробно...
19 мая 2014, 09:05
Об утверждении Положения о Центре перевода при Кабинете Министров Азербайджанской Республики и структуры Центра подробно...
19 мая 2014, 09:05
О присвоении сотрудникам Управления Государственного историко-архитектурного заповедника «Ичеришехер» при Кабинете Министров Азербайджанской Республики почетного звания «Заслуженный работник культуры» подробно...
19 мая 2014, 09:05
О назначении А.М.Велиевой директором Центра перевода при Кабинете Министров Азербайджанской Республики подробно...
19 мая 2014, 09:05
О проведении благоустройства и созидательной работы в комплексе «Имамзаде» на территории Гянджинского государственного историко-культурного заповедника подробно...
19 мая 2014, 09:05
О создании Бакинского международного центра мультикультурализма подробно...
19 мая 2014, 09:05
О дополнительных мерах по строительству автомобильной дороги Ярдымлы-Деман-Арвана Ярдымлинского района подробно...
19 мая 2014, 09:05
О присвоении сотрудникам Азербайджанского государственного издательства – «Азернешр» почетного звания «Заслуженный работник культуры» подробно...
19 мая 2014, 09:05
О награждении медалью «Терегги» сотрудников Азербайджанского государственного издательства – «Азернешр» подробно...