Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1126) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”na aşağıdakı məzmunda 7-1-ci hissə əlavə edilsin:
“7-1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 dekabr 2016-cı il.
9 декабря 2016, 09:128 января 2015, 09:01
О награждении орденом «Шохрат» А.Д.Ахмедзаде подробно...
7 января 2015, 09:01
О награждении орденом «Шохрат» А.Г.Шарифова подробно...
7 января 2015, 09:01
О дополнительных мерах по улучшению обеспечения населения экологически чистой водой подробно...
30 декабря 2014, 09:12
О награждении орденом «Шохрат» А.Н.Алыева подробно...
30 декабря 2014, 09:12
О помиловании ряда осужденных лиц подробно...
30 декабря 2014, 09:12
О награждении О.С.Асадова орденом «Шараф» подробно...
22 декабря 2014, 09:12
О предоставлении персональных пенсий Президента Азербайджанской Республики подробно...
22 декабря 2014, 09:12
О присвоении почетных званий спортивным специалистам Азербайджанской Республики подробно...
22 декабря 2014, 09:12
О мерах по строительству автомобильной дороги Гусарчай-Пиргулуоба-Ени Хаят Хачмазского района подробно...
22 декабря 2014, 09:12
Участникам Первого съезда азербайджанских ученых подробно...