Azərbaycan Respublikasının “Şücaətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

 

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12, I kitab, maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447) 2-ci maddəsinə “Hərbi xidmətdə fərqlənməyə görə” medalı” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:

 

“Şücaətə görə” medalı;”

Maddə 2. “Azərbaycan Respublikasının “Şücaətə görə” medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

Maddə 3. “Azərbaycan Respublikasının “Şücaətə görə” medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 oktyabr 2016-cı il.

9 декабря 2016, 09:12

http://www.azertag.net

3491—3500 из 3607

24 февраля 2014, 12:02

Координационная группа по развитию фондового рынка провела очередное заседание   подробно...

24 февраля 2014, 11:02

Государственный таможенный комитет Азербайджана: в январе объём почтовой внешней торговли удвоился   подробно...

21 февраля 2014, 10:02

Министерство экономики и промышленности Азербайджана получило утверждённые положение и структуру   подробно...

20 февраля 2014, 14:02

Разрешение иностранцам на оплачиваемую трудовую деятельность стало бланком строгой отчётности   подробно...

20 февраля 2014, 12:02

Обнуление таможенных пошлин не привело к увеличению импорта бензина Азербайджаном   подробно...

19 февраля 2014, 17:02

О награждении Р.С.Аушева орденом «Достлуг»   подробно...

19 февраля 2014, 15:02

Министерство налогов Азербайджана будет оказывать мобильные услуги налогоплательщикам   подробно...

19 февраля 2014, 15:02

С 3 марта заработает система электронной торговли недвижимостью в Азербайджане   подробно...

19 февраля 2014, 11:02

Азербайджанский инвестиционный саммит «2020 и вокруг: ускоряя экономический рост» состоится в Баку   подробно...

18 февраля 2014, 17:02

Официальные переговоры о дополнительном финансировании модернизации судебной системы Азербайджана состоятся 20 февраля   подробно...