“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 379-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 379-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 noyabr 2016-cı il.
1 декабря 2016, 10:12
11 марта 2014, 09:03
О создании Министерства связи и высоких технологий Азербайджанской Республики подробно...
11 марта 2014, 09:03
О назначении А.М.Аббасова министром связи и высоких технологий Азербайджанской Республики подробно...
11 марта 2014, 09:03
О награждении военнослужащих Внутренних войск Министерства внутренних дел Азербайджанской Республики подробно...
11 марта 2014, 09:03
О присвоении почетных званий театральным деятелям Азербайджанской Республики подробно...
11 марта 2014, 09:03
О назначении Ю.А.Юсибова ректором Гянджинского государственного университета подробно...
7 марта 2014, 15:03
В Азербайджане будет увеличено покрытие по обязательному автомобильному страхованию подробно...
7 марта 2014, 14:03
Страховой надзор: азербайджанские страховщики нуждаются в местной рейтинговой компании подробно...
7 марта 2014, 09:03
О присвоении почетных званий группе женщин Азербайджана подробно...
7 марта 2014, 09:03
О награждении группы женщин Азербайджана подробно...
7 марта 2014, 09:03
О назначении Э.Б.Гусейнова ректором Сумгайытского государственного университета подробно...