“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 357-VQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 357-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 noyabr 2016-cı il.

1 декабря 2016, 10:12

http://www.azertag.net

461—470 из 3607

12 февраля 2021, 19:02

Распоряжение Президента Азербайджанской Республики Об отзыве М.Н.Наджафбейли с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Эстонской Республике   подробно...

12 февраля 2021, 19:02

Распоряжение Президента Азербайджанской Республики О передаче Закрытого акционерного общества «Азербайджанские авиалинии», Закрытого акционерного общества «Азербайджанские железные дороги», Закрытого акционерного общества «Бакинский метрополитен» и Общества с ограниченной ответственностью «BakuBus» в подчинении Бакинского транспортного агентства в управление Азербайджанского инвестиционного холдинга   подробно...

12 февраля 2021, 19:02

Распоряжение Президента Азербайджанской Республики О присвоении сотрудникам Государственной налоговой службы при Министерстве экономике Азербайджанской Республики высших специальных званий   подробно...

11 февраля 2021, 20:02

Распоряжение Президента Азербайджанской Республики О награждении сотрудников Азербайджанской государственной академии физической культуры и спорта   подробно...

11 февраля 2021, 20:02

Распоряжение Президента Азербайджанской Республики О присвоении почетных званий сотрудникам Азербайджанской государственной академии физической культуры и спорта   подробно...

11 февраля 2021, 20:02

Распоряжение Президента Азербайджанской Республики О предоставлении Д.Г.Гулиеву персональной пенсии Президента Азербайджанской Республики   подробно...

8 февраля 2021, 20:02

Распоряжение Президента Азербайджанской Республики О награждении Ю.Е.Ахунд-заде орденом «Шохрат»   подробно...

5 февраля 2021, 18:02

Распоряжение Президента Азербайджанской Республики Об индексации трудовых пенсий   подробно...

5 февраля 2021, 16:02

Распоряжение Президента Азербайджанской Республики О награждении Юань Сикуня орденом «Достлуг»   подробно...

4 февраля 2021, 19:02

Распоряжение Президента Азербайджанской Республики О назначении В.А.Сулейманова председателем Правления Агентства Азербайджанской Республики по разминированию   подробно...