Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 83

Bakı şəhəri, 19 mart 2014-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə

 Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, №12, maddə 1354; 2008, № 2, maddə 127; 2009, № 4, maddə 282, № 6, maddə 494, № 10, maddə 853) ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 4.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

"4.3. Alınmış elektron vergi hesab-fakturasına əsasən alıcı öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini satıcının ƏDV sub-uçot hesabına köçürə bilər. Bu ödənişin aparılması üçün alıcı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydaları"na əsasən vergi orqanından alınmış istifadəçi kodu, parol və şifrə, yaxud "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarına uyğun olaraq əldə edilmiş gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olur və ödənişi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində yaradılmış "Köçürmə əməliyyatlarının aparılması" menyusundan istifadə etməklə həyata keçirir. ƏDV-nin depozit hesabı vasitəsilə ƏDV üzrə ödənişlərin və əvəzləşmələrin elektron formada aparılması qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir.".

2. Aşağıdakı məzmunda 4.3-1-ci və 4.3-2-ci bəndlər əlavə edilsin:

"4.3-1. Bu Qaydaların 4.3-cü bəndində qeyd edilmiş ödənişi alıcı qismində aşağıdakı şəxslər gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirə bilərlər:

4.3-1.1. vergi ödəyicisi olan fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri;

4.3-1.2. bu Qaydaların 4.3-1.1-ci yarımbəndində qeyd edilmiş şəxsin özü və ödənişi etməyə səlahiyyəti olan digər şəxs (şəxslər).

 4.3-2. Ödənişin bu Qaydaların 4.3-1.2-ci yarımbəndinə uyğun ödənişi etməyə səlahiyyəti olan digər şəxs (şəxslər) tərəfindən həyata keçirilməsinə icazənin verilməsi bu Qaydaların 4.3-1.1-ci yarımbəndində qeyd edilmiş şəxslər tərəfindən İnternet Vergi İdarəsində yaradılmış "Səlahiyyətlərin idarə edilməsi" menyusundan istifadə edilməklə gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilir.".

3. 4.4-cü bənddə "vergi orqanlarından alınmış xüsusi parol-şifrədən istifadə etməklə," sözləri "gücləndirilmiş elektron imza vasitəsilə" sözləri ilə əvəz edilsin.

 Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

1 апреля 2014, 16:04

http://cabmin.gov.az/

1891—1900 из 3607

3 апреля 2017, 09:04

О награждении В.Г.Ахмедова орденом «Шохрат»   подробно...

31 марта 2017, 09:03

Об утверждении «Плана мероприятий по развитию пляжного туризма в Азербайджанской Республике на 2017-2020 годы»   подробно...

31 марта 2017, 09:03

О дополнительных мерах по обеспечению лиц, ставших инвалидами при защите территориальной целостности, независимости и конституционного строя Азербайджанской Республики, высокотехнологичными средствами реабилитации   подробно...

31 марта 2017, 09:03

О мерах по капитальному ремонту многоквартирных зданий в Саатлинском районе   подробно...

31 марта 2017, 09:03

О мерах по строительству автомобильной дороги Саатлы-Мусалы-Делиляр-Новрузлу Саатлинского района   подробно...

28 марта 2017, 09:03

О награждении И.М.Умаханова орденом «Достлуг»   подробно...

28 марта 2017, 09:03

О присвоении Дж.В.Шадлинскому высшего воинского звания генерал-майора   подробно...

28 марта 2017, 09:03

О награждении группы сотрудников Службы государственной безопасности Азербайджанской Республики   подробно...

28 марта 2017, 09:03

О присвоении высших воинских званий сотрудникам Службы государственной безопасности Азербайджанской Республики   подробно...

27 марта 2017, 09:03

О материальном обеспечении ряда мероприятий, которые будут проведены Управлением мусульман Кавказа в связи с объявлением 2017 года в Азербайджанской Республике «Годом исламской солидарности»   подробно...