“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 360-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 360-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 14-1.2-ci maddəsinə uyğun olaraq bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;
1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki:
3.1. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 14-1.2-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
3.2. həmin Qanunun 14-1.2-ci (birinci halda) və 16.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 noyabr 2016-cı il.
24 ноября 2016, 10:11
10 июля 2017, 09:07
О мерах по строительству автомобильной дороги Галагайын-Османлы-Гель Бешдели-Залгараагач-Гель Агамамедли-Азадкенд-Муган Гянджали Сабирабадского района подробно...
6 июля 2017, 09:07
О мерах по строительству автомобильной дороги Тертер-Сейдимли-Гарадаглы-Саров Тертерского района подробно...
4 июля 2017, 09:07
О мерах по строительству автомобильной дороги Гёйляр-Гушчу Шамахинского района подробно...
3 июля 2017, 09:07
О назначении судей Сумгайытского апелляционного суда подробно...
3 июля 2017, 09:07
О назначении судей Гянджинского апелляционного суда подробно...
3 июля 2017, 09:07
Об освобождении И.А.Мехдиева от должности главы Исполнительной власти Ясамальского района города Баку подробно...
3 июля 2017, 09:07
О назначении и освобождении судей Шекинского апелляционного суда подробно...
3 июля 2017, 09:07
О назначении и освобождении судей Ширванского апелляционного суда подробно...
3 июля 2017, 09:07
О назначении и освобождении судей Бакинского апелляционного суда подробно...
3 июля 2017, 09:07
О назначении и освобождении судей Верховного суда Азербайджанской Республики подробно...