“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununu “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 12 fevral tarixli 127-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

 

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564; 2001, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002, № 1, maddə 9, № 8, maddə 463; 2003, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 11, maddə 901; 2005, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993; 2006, № 12, maddə 1027; 2007, № 6, maddə 560, № 11, maddələr 1053, 1091; 2008, № 2, maddə 49, № 6, maddələr 453, 463, № 7, maddə 602; 2009, № 2, maddə 47, № 4, maddə 210, № 12, maddə 948; 2010, № 7, maddə 598; 2011, № 2, maddə 71, № 4, maddə 255, № 6, maddə 469, № 12, maddə 1097; 2012, № 5, maddə 402, № 7, maddə 671; 2013, № 4, maddələr 362, 363, № 7, maddə 795, № 11, maddələr 1295, 1298; 2014, № 4, maddələr 343, 346, № 5, maddə 467, № 11, maddə 1352; 2015, № 1, maddə 2, № 2, maddələr 76, 79, 105, № 5, maddə 502, № 6, maddə 686, № 11, maddələr 1256, 1276) 33-cü maddəsinin II hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 4-cü bəndə “19 yaşdan” sözlərindən sonra “(“B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə bir ildən az olmamaq şərtilə)” sözləri əlavə edilsin.

2. 5-ci bənddən “, “CE” və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini” sözləri çıxarılsın.

3. Aşağıdakı məzmunda 5-1-ci və 5-2-ci bəndlər əlavə edilsin:

“5-1) “CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 21 yaşdan (“C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);

5-2) “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 23 yaşdan (65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə);”.

4. 6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“6) “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 26 yaşdan (65 yaşadək və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);”.

5. Səkkizinci abzas ləğv edilsin və doqquzuncu abzas səkkizinci abzas hesab edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 sentyabr 2016-cı il.

15 ноября 2016, 10:11

http://www.azertag.net

3151—3160 из 3607

8 июля 2014, 10:07

Лицензия Азербайджанского общественно-политического университета не продлена   подробно...

8 июля 2014, 09:07

Студентам-педагогам станут доплачивать до 50% будущей зарплаты   подробно...

7 июля 2014, 15:07

Спецификации по оборонному заказу утвердил Азербайджан   подробно...

7 июля 2014, 09:07

О мерах по строительству автомобильной дороги Ени Зод-Чайкенд-Гарабулаг-Гушчу-Сарысу Гейгельского района   подробно...

7 июля 2014, 09:07

О дополнительных мерах по строительству автомобильной дороги Гюнешли-Агайры-Исметли-Аранлы-Чинарлы-Алиабад Билясуварского района   подробно...

4 июля 2014, 17:07

Государственный таможенный комитет Азербайджана уже выполнил годовой прогноз таможенных сборов на 48,47%   подробно...

4 июля 2014, 15:07

Завершена пробная сельскохозяйственная перепись в Азербайджане   подробно...

4 июля 2014, 14:07

Министерство образования Азербайджана выделит 5 тыс. манатов на общественные идеи по улучшению обучения   подробно...

4 июля 2014, 09:07

О дополнительных мерах по строительству автомобильной дороги Ашагы Гейнюк-Баш Гейнюк-Баш Шабалыд города Шеки   подробно...

3 июля 2014, 09:07

О мерах по строительству автомобильной дороги Гусар-Имамгулукенд-Гухуроба Гусарского района   подробно...