Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

 

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17, № 5, maddə 323; 2002, № 5, maddə 236; 2003, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; 2005, № 4, maddələr 277, 278; 2006, № 2, maddə 64, № 12, maddə 1006; 2007, № 1, maddələr 3, 4, № 2, maddə 68, № 5, maddə 439, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756; 2008, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1046; 2009, № 6, maddə 402; 2010, № 2, maddə 75, № 4, maddə 276; 2011, № 6, maddələr 471, 476, № 7, maddələr 583, 619, № 12, maddələr 1096, 1105; 2012, № 5, maddə 411, № 6, maddə 511; 2013, № 5, maddə 472, № 6, maddə 625, № 11, maddələr 1266, 1307; 2015, № 6, maddə 677, № 12, maddə 1435; 2016, № 5, maddə 836, № 6, maddə 1016) aşağıdakı dəyişikliklər edilsin:

1. 233.1-ci maddədə “maddəsində” sözü “və 355-13.4-cü maddələrində” sözləri ilə əvəz edilsin.

2. 305.1.13-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 305.1.14-cü maddə əlavə edilsin:

“305.1.14. terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında.”.

3. 306.1-ci maddədə “40-3-cü” sözləri “40-4-cü” sözləri ilə əvəz edilsin.

4. Aşağıdakı məzmunda 40-4-cü fəsil əlavə edilsin:

“Fəsil 40-4. Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında işlər üzrə icraat

Maddə 355-11. Ərizənin verilməsi

355-11.1. Müvafiq icra hakimiyyəti orqanı apardığı ilkin yoxlama nəticəsində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 19-1.4-cü maddəsində nəzərdə tutulmuş halları müəyyən etdikdə, fiziki və ya hüquqi şəxslərin aktivlərinin dondurulması üçün məhkəməyə müraciət edir.

355-11.2. Aktivlərin dondurulması barədə ərizə aktivlərin yerləşdiyi yer üzrə verilir.

Maddə 355-12. Ərizənin məzmunu

Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında ərizədə aktivlərin dondurulması üçün qanunda nəzərdə tutulmuş əsaslar, həmçinin aktivlər barədə məlumatlar və onlar haqqında məhkəməyə qədər görülmüş tədbirlər qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir.

Maddə 355-13. Ərizəyə baxılması və qətnamənin qəbul edilməsi

355-13.1. Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında ərizəyə məhkəməyə təqdim olunduqdan sonra 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

355-13.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir. İşdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

355-13.3. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.

355-13.4. Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.

355-13.5. Qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir.

Maddə 355-14. Aktivlərin dondurulması ilə bağlı tədbirlərin ləğvi

Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında qətnamə qəbul edildikdən sonra aktivlərin dondurulması üçün əsaslar aradan qalxdıqda, aktivləri dondurulmuş şəxsin və ya müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən məhkəmə tərəfindən 5 gün müddətində aktivlərin dondurulması tədbirlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 oktyabr 2016-cı il.

 

10 ноября 2016, 09:11

http://www.azertag.net

3391—3400 из 3607

28 марта 2014, 13:03

Азербайджан материально поддержит посланника ООН по делам молодёжи   подробно...

28 марта 2014, 12:03

Комитет по стандартизации: в Азербайджане пока не рассматривается вопрос утилизации старых автомобилей   подробно...

28 марта 2014, 12:03

Азербайджан уточнил возраст автомобилей, импорт которых будет закрыт с 1 апреля   подробно...

28 марта 2014, 11:03

Реальная средняя оплата труда в Азербайджане ускорила темп роста   подробно...

28 марта 2014, 10:03

Национальный фонд поддержки предпринимательства предоставил более 10% льготных кредитов в 2014 году   подробно...

28 марта 2014, 09:03

О дополнительных мерах по строительству автомобильной дороги Сымада-Гараевкенд Саатлинского района   подробно...

27 марта 2014, 12:03


О присвоении сотрудникам Министерства национальной безопасности Азербайджанской Республики высших воинских званий   подробно...

27 марта 2014, 12:03

О присвоении Э.А.Махмудову высшего воинского звания генерал-полковника   подробно...

27 марта 2014, 11:03

Повышены оклады тренеров национальных сборных команд по олимпийским видам спорта   подробно...

19 марта 2014, 16:03

Министерство образования приветствовало распоряжение президента Азербайджана о бесплатном обучении ряда категорий граждан   подробно...