“Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 24 dekabr tarixli 232 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 284-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
“Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 24 dekabr tarixli 232 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 712; 2014, № 7, maddə 817) 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. İkinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin.
2. Üçüncü və dördüncü abzaslar müvafiq olaraq dördüncü və beşinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
“həmin Qanunun 20-ci maddəsinin altıncı hissəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 oktyabr 2016-cı il.
24 октября 2016, 09:102 августа 2017, 09:08
О назначении В.Р.Абдуллаева заместителем исполнительного директора Фонда страхования вкладов подробно...
1 августа 2017, 09:08
О награждении X.И. Шихсаидова орденом «Dostluq» («Дружба») подробно...
1 августа 2017, 09:08
О присвоении почетных званий деятелям кино Азербайджана подробно...
1 августа 2017, 09:08
О проведении 75-летнего юбилея Муслима Магомаева подробно...
1 августа 2017, 09:08
О награждении Ч.А.Ганизаде орденом «Шохрат» подробно...
31 июля 2017, 10:07
О мерах по строительству автомобильной дороги Уджар-Герайбейли-Растаджа Уджарского района подробно...
27 июля 2017, 09:07
О дополнительных мерах по строительству автомобильной дороги Ени Дашкенд-Умудалылар Бардинского района подробно...
27 июля 2017, 09:07
О награждении А.И.Годжаева орденом «За службу Отечеству» 2-й степени подробно...
26 июля 2017, 09:07
О создании Гаджигабульского промышленного квартала подробно...
25 июля 2017, 09:07
О мерах по строительству автомобильной дороги Зиря-Тюркан Хазарского района города Баку подробно...