“Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası” təsdiq edilsin (Əlavə 1).

2. “Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat”ın forması təsdiq edilsin (Əlavə 2).

3. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydada nəzərdə tutulmuş dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün 2016-cı ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə 3 (üç) milyon manat ayrılsın.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə 2017-ci il və növbəti illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi layihələrində bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydada nəzərdə tutulmuş dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin nəzərə alınmasını təmin etsin;

4.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 3-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

6.1. bu Fərmanla təsdiq edilən Qaydanın 1.5-ci, 3.3-cü, 6.1-ci bəndlərində nəzərdə tutulmuş müsabiqənin təşkili və keçirilmə qaydasını, 3.2-ci, 4.4-cü, 6.2-ci bəndlərində və 4.8.2-ci və 4.10.1-ci yarımbəndlərində nəzərdə tutulmuş meyarları bir ay müddətində təsdiq etsin;

6.2. bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən formaya uyğun olaraq, ixrac olunan məhsullar barədə hesabatı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə birlikdə üç ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 oktyabr 2016-cı il.

6 октября 2016, 09:10

http://www.azertag.net

3261—3270 из 3607

15 мая 2014, 09:05

Об укреплении материально-технической базы Азербайджанской национальной консерватории   подробно...

15 мая 2014, 09:05

Об отмене Распоряжения Президента Азербайджанской Республики от 24 мая 2007 года номер 2199 «Об учреждении профессионального праздника «День мелиоратора»   подробно...

15 мая 2014, 09:05

Об учреждении профессионального праздника «День работников водного хозяйства и мелиорации»   подробно...

14 мая 2014, 18:05

Азербайджан разрабатывает Стратегию занятости на 2014–2017 годы   подробно...

14 мая 2014, 16:05

Азербайджан выдвинул предложения по сотрудничеству с арабским миром и Центральной Азией   подробно...

14 мая 2014, 11:05

Правительство поддержало идею создания комбинированного туристического маршрута Азербайджан–Грузия–Турция   подробно...

14 мая 2014, 09:05

Министерство образования Азербайджана дифференцирует систему высшего образования   подробно...

13 мая 2014, 17:05

Налогооблагаемая база в Азербайджане расширилась на 26580 налогоплательщиков   подробно...

13 мая 2014, 17:05

В январе–апреле в Азербайджане было собрано 37,3% запланированных на 2014 год налогов   подробно...

13 мая 2014, 16:05

В Азербайджане лицензии на оказание туристических услуг будут выдаваться только при наличии экспертного заключения AzTa   подробно...