Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında elektron təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında elektron təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında 2016-cı il avqustun 7-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətinə bildiriş göndərsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 oktyabr, 2016-cı il.

5 октября 2016, 09:10

http://www.azertag.net

2701—2710 из 3607

25 июня 2015, 09:06

О награждении орденом «Шараф» З.А.Самедзаде   подробно...

25 июня 2015, 09:06

О награждении военнослужащих и гражданских работников Вооруженных сил Азербайджанской Республики   подробно...

25 июня 2015, 09:06

О присвоении Я.А.Гасанову высшего воинского звания генерал-майора юстиции   подробно...

25 июня 2015, 09:06

О присвоении высших воинских званий военнослужащим Вооруженных сил Азербайджанской Республики   подробно...

25 июня 2015, 09:06

О присвоении почетных званий военнослужащим и гражданским работникам Вооруженных сил Азербайджанской Республики   подробно...

25 июня 2015, 09:06

О предоставлении Г.Б.Гулиеву персональной пенсии Президента Азербайджанской Республики   подробно...

24 июня 2015, 09:06

О награждении работников машиностроительной промышленности медалью «Терегги»   подробно...

23 июня 2015, 09:06

О награждении государственных служащих   подробно...

23 июня 2015, 09:06

О присвоении государственным служащим почетного звания «Заслуженный государственный служащий»   подробно...

19 июня 2015, 09:06

О присвоении Л.М.Грановской почетного звания «Заслуженный деятель науки»   подробно...