Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə həyata keçirilən iqtisadi islahatların davamlılığını təmin etmək, sahibkarlığın inkişafı və sağlam rəqabət mühitinin formalaşdırılması istiqamətində işləri sürətləndirmək, yerli və xarici investisiyalar cəlb etmək yolu ilə diversifikasiya olunmuş, rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılmasına nail olmaq, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin idarə olunmasında şəffaflığı artırmaq məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təklifləri əsasında:

1.1.1. paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla dörd ay müddətində təsdiq etsin;

1.1.2. beynəlxalq təcrübə və milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində korporativ idarəetmə qaydalarını və standartlarını, habelə həmin qaydaların və standartların mərhələlərlə tətbiqinə dair tədbirlər planını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla dörd ay müddətində təsdiq etsin;

1.1.3. paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi (“Performance Based Remuneration System”) əsasında hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə bonus ödənişinin verilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla dörd ay müddətində təsdiq etsin;

1.1.4. paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə maliyyə hesabatlarının beynəlxalq standartlarının mərhələlərlə tətbiqi üçün tədbirlər görsün və görülən işlər barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 sentyabr 2016-cı il.

 

6 сентября 2016, 09:09

http://www.azertag.net

1671—1680 из 3607

8 ноября 2017, 10:11

О предоставлении работникам нефтяной промышленности Азербайджана персональной пенсии Президента Азербайджанской Республики   подробно...

6 ноября 2017, 09:11

Об усилении социальной защиты работников художественного состава Азербайджанского государственного симфонического оркестра имени Узеира Гаджибейли   подробно...

3 ноября 2017, 05:11

О проведении 110-летнего юбилея академика Муртузы Нагиева   подробно...

3 ноября 2017, 05:11

О присвоении почетного звания «Заслуженный учитель» сотрудникам Сумгайытского государственного университета   подробно...

1 ноября 2017, 07:11

О присвоении почетного звания «Заслуженный учитель» сотрудникам Нахчыванского государственного университета   подробно...

1 ноября 2017, 07:11

О награждении медалью «Терегги» сотрудников Нахчыванского государственного университета   подробно...

30 октября 2017, 05:10

О награждении Х.М.Раджабли орденом «За службу Отечеству» 2-й степени   подробно...

30 октября 2017, 05:10

О награждении работников сельского хозяйства   подробно...

30 октября 2017, 05:10

О предоставлении А.Дж.Мусаеву персональной пенсии Президента Азербайджанской Республики   подробно...

30 октября 2017, 05:10

О присвоении Т.Б.Искендерову почетного звания «Заслуженный учитель»   подробно...