"Tikinti obyektlərinin enerji səmərəliliyinin artırılması və enerji resurslarına qənaət edilməsi üzrə Qaydalar"ın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN   RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 73

Bakı şəhəri, 11 mart 2014-cü il

"Tikinti obyektlərinin enerji səmərəliliyinin artırılması və enerji resurslarına qənaət edilməsi üzrə Qaydalar"ın təsdiq edilməsi haqqında

 "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Tikinti obyektlərinin enerji səmərəliliyinin artırılması və enerji resurslarına qənaət edilməsi üzrə Qaydalar" təsdiq edilsin (əlavə olunur).

 Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

                                      

Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin  2014-cü il 11 mart tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmişdir

Tikinti obyektlərinin enerji səmərəliliyinin artırılması və enerji resurslarına qənaət edilməsi üzrə

 QAYDALAR

 1. Ümumi müddəalar

1.1. Bu Qaydalar "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimlənmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə  hazırlanmışdır və enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyi üzrə tikinti obyektlərinin layihə sənədlərinə olan ümumi tələbləri müəyyən edir.

1.2. Bu Qaydalar aşağıda göstərilən tikinti obyektlərinə şamil olunur:

1.2.1. mədəni və tarixi abidələr siyahısına daxil edilən bina və qurğulara (tikililərə), məbədlərə;

1.2.2. hündürlüyü üç mərtəbədən çox olmayan fərdi yaşayış və bağ evlərinə;

1.2.3. tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə.

 2. Əsas anlayışlar

2.1. Bu Qaydalarda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. bina və qurğunun xüsusi istilik mühafizə xarakteristikası - binanın istilik mühafizə örtüyünü xarakterizə edən binanın və qurğunun istilik mühafizə örtüyündən zaman vahidində, 1ºC temperatur fərqinə uyğun, isidilən həcm vahidinin istilik enerji itkilərinə bərabər olan fiziki kəmiyyət;

2.1.2. ümumi enerji xarakteristikası - isitmə dövründə ümumi istilik itkilərini nəzərə almaqla binanın və qurğunun isidilməsi və havalandırılması üçün istilik enerjisinin xüsusi sərfi;

2.1.3. bina və qurğunun enerji səmərəliliyi sinfi - istismar müddətində binanın səmərəliliyini xarakterizə edən və istismar olunan bina və qurğunun enerji istehlakının qənaətlilik səviyyəsi;

2.1.4. bina və qurğunun enerji pasportu - mövcud olan bina və qurğuların, həmçinin bina və qurğuların və onların qoruyucu konstruksiyalarının layihələrinin enerji, istilik texnikası və həndəsi xarakteristikalarının qeyd olunduğu sənəd;

2.1.5. enerji səmərəliliyi - enerji ehtiyatlarından istifadənin effektinin həmin effektin alınması məqsədi ilə istehsal olunmuş enerji resurslarının sərfinə nisbətini əks etdirən xarakteristika;

2.1.6. enerji resurslarına qənaət edilməsi - istifadə olunan enerji resursları həcminin azaldılmasına yönəldilmiş təşkilati, texniki, texnoloji, iqtisadi və digər tədbirlərin həyata keçirilməsi.

 3. Enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyinin artırılması

3.1. Bina və qurğular elə layihələndirilib tikilməlidir ki, onların istismarı zamanı enerji resurslarının səmərəli istifadəsi təmin olunsun.

3.2. Bina və qurğuların layihə sənədləri işlənilərkən tələb olunan enerji səmərəliliyi sinfi, enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyinin artırılması üzrə tələblər layihə tapşırığında göstərilir.

3.3. Bina və qurğuların layihəsində enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyinin artırılması üzrə bölmə nəzərdə tutulmalıdır.

3.4. Layihə sənədlərinin enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyi üzrə bölməsində aşağıdakılar nəzərdə tutulur:

3.4.1. layihələndirilən bina və qurğunun ümumi enerji xarakteristikası;

3.4.2. bina və qurğunun enerji pasportu;

3.4.3. bina və qurğunun enerji səmərəliliyi sinfi;

3.4.4. enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyinin artırılmasına yönəldilmiş layihə həlləri haqqında məlumatlar, o cümlədən:

3.4.4.1. istilik ötürücülüyü müqavimətinin hesablanması ilə (şəffaf konstruksiyalardan başqa) qoruyucu konstruksiyaların texniki həlləri barədə məlumat, həmçinin Azərbaycan Respublikasının müvafiq normativ texniki sənədlərində qeyd olunan göstəricilərdən fərqlənən, tikinti materiallarının qəbul olunmuş hesabi istilik-fiziki göstəricilərini təsdiq edən istilik texnikası sınaqlarının keçirilməsi barədə protokollar və şəffaf konstruksiyalar üçün uyğunluq sertifikatları;

3.4.4.2. hesaba alınmış daxili havanın temperaturunu göstərməklə, aşağı mərtəbənin altında və yuxarı mərtəbənin üstündə qəbul olunmuş məkan növləri, yaşayış üçün istifadə olunan mansarda mərtəbələrinin, vestibüllərin isidilməsi və giriş qapılarının tamburlarının, lociyaların şüşələnməsi barədə;

3.4.4.3. qəbul olunmuş isitmə, havalandırma və kondisionerləşdirmə sistemləri, enerjidən səmərəli istifadə olunmasını təmin edən tənzimləmə və hesabaalma cihazları barədə məlumatlar;

3.4.4.4. binaların enerji səmərəliliyini artıran xüsusi üsullar, o cümlədən günəş enerjisinin passiv istifadə edilməsi üzrə qurğular, atılan havanın istiliyini utilizasiya edən sistemlər, soyuq zirzəmilərdən keçən istilik və isti su təchizatı borularının istilik izolyasiyası, istilik nasoslarının tətbiq olunması;

3.4.4.5. layihə həllərinin və enerji istehlakı sahəsində onların texniki-iqtisadi göstəricilərinin tikinti normalarının tələblərinə uyğunluğunun yoxlanılması.

3.5. Bu Qaydaların əlavəsindəki formaya uyğun olaraq binaların və qurğuların enerji pasportu enerji səmərəliliyinin xüsusi istilik göstəricisinin binanın qoruyucu konstruksiyalarının istilik mühafizə və xüsusi xarakteristikasının tikinti normaları ilə təyin olunmuş göstəricilərə uyğunluğunun təsdiq edilməsi üçün nəzərdə tutulmuşdur.

                                                           

 

 

"Tikinti obyektlərinin enerji səmərəliliyinin

artırılması və enerji resurslarına qənaət

edilməsi üzrə Qaydalar"a

əlavə

 

Binanın enerji pasportunun tərtib olunma forması

 

1. Ümumi məlumatlar

 

1.1. Tərtib olunma tarixi (gün, ay, il).

1.2. Binaların ünvanı.

1.3. Layihəni hazırlayan şəxsin adı, soyadı, vəzifəsi.

1.4. Layihəni hazırlayan şəxsin ünvanı və telefonu.

1.5. Layihənin şifri.

1.6. Binanın təyinatı, seriyası.

1.7. Mərtəbələrin, seksiyaların sayı.

1.8. Mənzillərin sayı.

1.9. Sakinlərin və ya işçilərin sayı.

1.10. Tikinti sahəsində yerləşməsi (mövqeyi).

1.11. Konstruktiv həllər.

 

2. Hesabat şərtləri

 

Sıra №-si

Hesabi parametrlərin adları

Parametrin işarəsi

Ölçü vahidi

Hesabi miqdarı

1.

İstilik mühafizəsinin layihələndirilməsi üçün xarici havanın hesabi temperaturu

tx

0C

 

2.

İsitmə dövründə xarici havanın orta temperaturu

txo

0C

 

3.

İsitmə dövrünün müddəti

zis

sutka/il

 

4.

İsitmə dövrünün dərəcə sutkası

QS

0C sutka/il

 

5.

İstilik mühafizəsinin layihələndirilməsi üçün daxili havanın hesabi temperaturu

td

0C

 

6.

Çardaqda olan hesabi temperatur

tçar

0C

 

7.

Yeraltı texniki mərtəbənin hesabi temperaturu

tyer

0C

 

3. Həndəsi göstəricilər

 

Sıra №-si

 

Göstərici

Göstəricinin işarəsi və ölçü vahidi

Norma üzrə miqdarı

Hesabi layihə miqdarı

Faktiki miqdarı

1

2

3

4

5

6

1.

Mərtəbələr üzrə sahələrin cəmi

Am, m2

 

 

 

2.

Yaşayış otaqlarının sahəsi

Ay, m2

 

 

 

3.

Hesabi sahə (ictimai binalar üçün)

Ah, m2

 

 

 

4.

Binanın isidilən həcmi

Ais, m3

 

 

 

5.

Binanın fasadının şüşələnmə əmsalı

f

 

 

 

6.

Binanın kompaktlığı

Kkomp

 

 

 

7.

Binanın xarici qoruyucu konstruksiyalarının ümumi sahəsi m2, o cümlədən:

Axcəm, m2

 

 

 

7.1.

fasadların

Afas

 

 

 

7.2.

divarların (konstruksiyanın növləri üzrə ayrılıqda)

Adiv

 

 

 

7.3.

pəncərə və balkon qapılarının

Ap.1

 

 

 

7.4.

vitrajların

Ap.2

 

 

 

7.5.

fənərlərin

Ap.3

 

 

 

7.6.

pilləkən-lift sahələrinin pəncərələrinin

Ap.4

 

 

 

7.7.

xarici keçidlərin balkon qapılarının

Aqapı

 

 

 

7.8.

xarici qapı və darvazaların (ayrılıqda)

Aqapı

 

 

 

7.9.

örtüklərin (yastı)

Aört

 

 

 

7.10.

çardaq örtüklərinin

Açar

 

 

 

7.11.

"isti" çardaq örtüklərinin (ekvivalent)

Açar.isti

 

 

 

7.12.

yeraltı texniki mərtəbələrin və ya isidilməyən zirzəmilərin örtüklərinin (ekvivalent)

At,m.1

 

 

 

7.13.

keçid və ya erkerlərin örtüklərinin

At,m.2

 

 

 

7.14.

yer səthindən aşağıda olan divarların və qruntun üstündə olan döşəmənin (ayrılıqda)

At, m.3

 

 

 

 

4. İstilik texniki göstəricilər

 

Sıra №-si

Göstərici

Göstəricinin işarəsi və ölçü vahidi

Norma üzrə miqdarı

Hesabi layihə miqdarı

Faktiki miqdarı

1

2

3

4

5

6

1.

Xarici qoruyucu konstruksiyaların hesablanmış istilik ötürmə müqaviməti, o cümlədən:

Rohes, m2 0C/Vt

 

 

 

1.1.

 divarların (konstruksiyanın növləri üzrə ayrılıqda)

Rheso, div

 

 

 

1.2.

pəncərə və balkon qapılarının

Rheso, p.1

 

 

 

1.3.

vitrajların

Rheso, p.2

 

 

 

1.4.

fənərlərin

Rheso, p.3

 

 

 

1.5.

pilləkən-lift sahələrinin pəncərələrinin

Rheso, p.4

 

 

 

1.6.

xarici keçidlərin balkon qapılarının

Rheso, qapı

 

 

 

1.7.

xarici qapı və darvazaların (ayrılıqda)

Rheso, qapı

 

 

 

1.8.

örtüklərin (yastı)

Rheso, ört

 

 

 

1.9.

çardaq örtüklərinin

Rheso, car

 

 

 

1.10.

"isti" çardaq örtüklərinin (ekvivalent)

Rheso, car.ist

 

 

 

1.11.

 yeraltı texniki mərtəbələrin və ya isidilməyən zirzəmilərin örtüklərinin (ekvivalent)

Rgətt.m.1

 

 

 

1.12.

keçid və ya erkerlərin örtüklərinin

Rhest.m.2

 

 

 

1.13.

 yer səthindən aşağıda olan divarların və qruntun üstündə olan döşəmənin (ayrılıqda)

Rhest.m.3

 

 

 

 

5. Köməkçi göstəricilər

 

Sıra №-si

Göstərici

Göstəricinin işarəsi və ölçü vahidi

Normalaşdırılan miqdarı

Hesabi layihə miqdarı

1.

Binanın ümumi istilikötürmə əmsalı

Küm, Vt/(m2x0C)

 

 

2.

Hava mübadiləsinin xüsusi normasına uyğun isitmə dövründə binanın hava mübadiləsinin orta misli

nh, saat-1

 

 

3.

Binada xüsusi məişət istilik ayırmaları

qməiş, Vt/m2

 

 

4.

İstilik enerjisinin tarif qiyməti

Cist, man/kVtxsaat

 

 

5.

Tikinti ərazisində istilik şəbəkələrinə qoşulma və isitmə avadanlığının xüsusi qiyməti

Cist, man/(kVtxsaat/il)

 

 

6.

Enerji vahidinin qənaətindən xüsusi gəlir

Ωgəl, man/(kVtxsaat/il)

 

 

 

6. Xüsusi xarakteristikalar

 

Sıra №-si

 

Göstərici

Göstəricinin işarəsi və ölçü vahidi

Normalaş-dırılan miqdarı

Hesabi layihə miqdarı

1.

Binanın xüsusi istilik mühafizə xarakteristikası

Küm, Vt/(m30C)

 

 

2.

Binanın xüsusi havalan-dırma xarakteristikası

Khav,

Vt/(m20C)

 

 

3.

Binanın məişət istilik ayırmaların xüsusi xarakteristikası

Rməiş, Vt/(m30C)

 

 

4.

Günəş radiasiyasından istilik daxilolmalarının xüsusi xarakteristikası

Krad, Vt/(m30C)

 

 

 

7. Əmsallar

 

Sıra №-si

 

Göstərici

Göstəricinin işarəsi və ölçü vahidi

Norma üzrə miqdarı

1.

İsitmənin avtotənzimlənməsinin səmə-rəliliyi əmsalı

ζ

 

2.

Mənzillərdə isitmə üçün istilik enerjisinin sərfi qeydə alındıqda, yaşayış binalarında istilik istehlakının azalmasını nəzərə alan əmsal

ζ

 

3.

Rekuperatorun səmərəliliyi əmsalı

ksəm

 

4.

İstilik daxilolmasının (istilik itkilərini üstələdikdə) istifadəsinin azalmasını nəzərə alan əmsal

υ

 

5.

İsitmə sisteminin əlavə istilik itkilərini nəzərə alan əmsal

βh

 

 

8. Enerji səmərəliliyinin kompleks göstəriciləri

 

Sıra №-si

 

Göstərici

Göstəricinin işarəsi və ölçü vahidi

Göstəricinin norma üzrə miqdarı

1.

İsitmə dövründə binanın isidilməsinə və havalandırılmasına sərf olunan istilik enerjisinin xüsusi hesabi xarakteristikası

Qpisit, Vt/(m30C)

[Vt/(m20C)]

 

 

2.

İsitmə dövründə binanın isidilməsinə və havalandırılmasına sərf olunan istilik enerjisinin normalaşdırılan xüsusi xarakteristikası

qisitnorm, Vt/(m30C)

[Vt/(m20C)]

 

3.

Enerji səmərəliliyi sinfi

 

 

4.

Binanın layihəsinin istilik mühafizəsi üzrə normativ tələblərə uyğunluğu

 

 

 

9. Binanın enerji yükləri

 

Sıra №-si

Göstərici

Göstəricinin işarəsi

Ölçü vahidi

Kəmiyyəti

1.

İsitmə dövründə binanın isidilməsinə və havalandırılmasına istilik enerjisinin xüsusi sərfi

q

kVt saat/(m2 il)

 

2.

İsitmə dövründə binanın isidilməsinə və havalandırılmasına istilik enerjisinin sərfi

Qilisit

kVt saat/il

 

3.

İsitmə dövründə binanın ümumi istilik itkiləri

Qilüm

kVt saat/il

 

4.

Binada ümumi elektrik enerjisinin sərfi

Qilel

kVt saat/il

 

 

 

18 марта 2014, 14:03

http://cabmin.gov.az/

1—10 из 3352

16 октября 2021, 19:10

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах в области защиты социального благосостояния населения   подробно...

16 октября 2021, 19:10

Распоряжение Президента Азербайджанской Республики О присвоении почетных званий деятелям культуры Азербайджанской Республики   подробно...

16 октября 2021, 19:10

Распоряжение Президента Азербайджанской Республики О награждении деятелей культуры Азербайджанской Республики   подробно...

16 октября 2021, 19:10

Закон Азербайджанской Республики О Дне независимости   подробно...

15 октября 2021, 07:10

Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Баку-Шамаха-Евлах (33 км)-Пирекешкюль Абшеронского района   подробно...

14 октября 2021, 07:10

Указ Президента Азербайджанской Республики О некоторых мерах по совершенствованию управления в области цифровизации, инноваций, высоких технологий и связи в Азербайджанской Республике   подробно...

14 октября 2021, 07:10

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах, связанных с продолжением работ по реконструкции автомобильных дорог на территории Сабаильского района города Баку   подробно...

14 октября 2021, 07:10

Указ Президента Азербайджанской Республики О некоторых мерах по совершенствованию управления в области автомобильного транспорта   подробно...

14 октября 2021, 07:10

Указ Президента Азербайджанской Республики О некоторых мерах по совершенствованию управления в области морского транспорта   подробно...

14 октября 2021, 07:10

Указ Президента Азербайджанской Республики О совершенствовании управления в области государственной поддержки развития предпринимательства   подробно...