"Valideyn himayəsindən məhrum olan və övladlığa götürülən uşaqların uçot Qaydalarının, uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçot Qaydasının və Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçot Qaydasının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 sentyabr tarixli 172 nömrəli qərarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 69

Bakı şəhəri, 11 mart 2014-cü il

"Valideyn  himayəsindən  məhrum olan və övladlığa  götürülən uşaqların uçot Qaydalarının, uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçot Qaydasının və Azərbaycan  Respublikasının vətəndaşı  olan  uşaqların  övladlığa  götürülməsini  arzu   edən əcnəbilərin  və  vətəndaşlığı  olmayan şəxslərin uçot Qaydasının  təsdiq  edilməsi  haqqında"  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 2000-ci il 20 sentyabr tarixli 172 nömrəli qərarında dəyişiklik edilməsi barədə

"Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə"  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 20 noyabr tarixli 27 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər KabinetiQƏRARA ALIR:

"Valideyn himayəsindən məhrum olan və övladlığa götürülən uşaqların uçot Qaydalarının, uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçot Qaydasının və Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçot Qaydasının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 sentyabr tarixli 172 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 698; 2006, № 10, maddə 902; 2007, № 5, maddə 546) aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

"1-1. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə razılığın verilməsini, ölkələrarası övladlığa götürmə məsələləri üzrə zəruri tədbirləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməklə həyata keçirir.".

 Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 

18 марта 2014, 11:03

http://cabmin.gov.az/

3311—3320 из 3607

30 апреля 2014, 16:04

Отданы приказы по усилению боеспособности и дисциплины в частях и соединениях Вооружённых сил Азербайджана   подробно...

30 апреля 2014, 13:04

Министерство налогов Азербайджана предупредило пользователей системы электронной торговли   подробно...

29 апреля 2014, 16:04

Страховые брокеры должны страховать свою профессиональную ответственность на сумму до 1 млн. манатов   подробно...

29 апреля 2014, 16:04

Презентованы первичные работы по созданию археологического парка Гёйтепе   подробно...

29 апреля 2014, 10:04

Азербайджан будет использовать южные регионы для развития культурного туризма   подробно...

29 апреля 2014, 10:04

Министр финансов Азербайджана утвердил процедуры консолидации страховых компаний   подробно...

28 апреля 2014, 17:04

Счётная палата проверит Holcim   подробно...

28 апреля 2014, 16:04

Глава МИД Азербайджана примет участие в заседании Вышеградской четвёрки   подробно...

28 апреля 2014, 14:04

В Азербайджане объявлен повторный инвестиционный конкурс на акции переработчика хлопка в Билясуваре   подробно...

28 апреля 2014, 12:04

Латвия и Германия помогут создать в Азербайджане частные пенсионные фонды   подробно...