“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 24 iyun tarixli 300-VQD nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 24 iyun tarixli 300-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 iyul 2016-cı il.

21 июля 2016, 09:07

http://www.azertag.net

1631—1640 из 3607

21 декабря 2017, 09:12

О присвоении почетных званий лицам, имеющим заслуги в социально-экономическом и культурном развитии города Сумгайыта   подробно...

20 декабря 2017, 10:12

Об обеспечении деятельности Азербайджанского государственного информационного агентства (АЗЕРТАДЖ)   подробно...

20 декабря 2017, 10:12

О награждении сотрудников средней музыкальной школы при Центре культуры Службы государственной безопасности Азербайджанской Республики медалью «Терегги»   подробно...

19 декабря 2017, 09:12

О назначении Г.Д.Мамедзаде чрезвычайным и полномочным послом Азербайджанской Республики в Республике Таджикистан   подробно...

19 декабря 2017, 09:12

О присвоении почетных званий группе лиц, имеющих заслуги в развитии спорта в Азербайджанской Республике   подробно...

19 декабря 2017, 09:12

О награждении группы лиц, имеющих заслуги в развитии спорта в Азербайджанской Республике, «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

19 декабря 2017, 09:12

О предоставлении А.А. Алиеву персональной пенсии Президента Азербайджанской Республики   подробно...

18 декабря 2017, 10:12

О дополнительных мерах по укреплению материально-технической базы лифтового хозяйства многоквартирных зданий и продолжению работ по благоустройству и созиданию в городе Сумгайыт   подробно...

13 декабря 2017, 09:12

О награждении A.A.Алескерова орденом «За службу Отечеству» 2-й степени   подробно...

11 декабря 2017, 10:12

Об отзыве А.К.Гасанова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Республике Таджикистан   подробно...