Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 584; 2001, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605, № 8, maddələr, 699, 701, 711, № 10, maddələr 884, 885, № 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047, 1049; 2009, № 2, maddələr 36, 45, 49, 52, 53, № 5, maddələr 309, 315, № 6, maddələr 404, 405, № 7, maddələr 517, 518, 519, № 8, maddə 611, № 12, maddələr 953, 954, 966, 971; 2010, № 2, maddələr 70, 71, № 3, maddələr 167, 171, 178, № 4, maddələr 275, 276, № 5, maddələr 379, 380, № 6, maddə 483, № 7, maddələr 577, 591, 594, 595, 598, 600, № 10, maddə 838, № 11, maddələr 936, 938, 949, № 12, maddə 1059; 2011, № 2, maddələr 70, 71, № 3, maddələr 162, 164, 167, 168, 170, № 4, maddələr 246 və 254, № 6, maddələr 470, 479, 487, № 7, maddələr 596, 614, № 10, maddə 881, № 11, maddə 981, № 12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, № 1, maddə 3, № 2, maddə 50, № 3, maddə 194, № 4, maddə 271, № 5, maddə 404, № 6, maddə 499, № 7, maddələr 649, 665, 667, № 9, maddə 843, № 11, maddələr 1046, 1047, 1055, 1064, 1069; 2013, № 1, maddələr 12, 13, 23, № 2, maddələr 90, 100, № 3, maddələr 205, 218, 220, 225, № 4, maddələr 354, 361, № 5, maddələr 461, 473, 480, № 6, maddələr 601, 617, 627, 629, № 7, maddə 777, № 8, maddə 888; № 11, maddələr 1287, 1294, 1300, 1304, 1311; Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 807-IVQD nömrəli, 22 noyabr tarixli 821-IVQD nömrəli və 3 dekabr tarixli 836-IVQD, 839-IVQD nömrəli qanunları) aşağıdakı məzmunda 25.6-1-ci, 425.1.1-1-ci, 426.1.5-1-ci və 426-1-ci maddələr əlavə edilsin:
“25.6-1. Bu Məcəllənin 426-1.1-ci maddəsində müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir.”;
“425.1.1-1. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında;”;
“426.1.5-1. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddət ərzində hüquqpozma aradan qaldırıldığı təqdirdə cərimənin ödənilməməsi barədə qeyd;”;
“Maddə 426-1. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi
426-1.1. Eyni inzibati xətanı il ərzində təkrar törədən şəxslər istisna olmaqla, bu Məcəllənin 116.0.1-ci, 194-cü, 195-ci, 196.0.4-cü, 196.0.6-cı, 316-cı və 317.2-ci – 320-1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır.
426-1.2. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur.
426-1.3. Bu Məcəllənin 426-1.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir.
426-1.4. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 426-1.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 426-1.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 fevral 2014-cü il.
18 марта 2014, 09:03
11 сентября 2020, 21:09
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Баку-Шамаха-Евлах (122 км)-Шахрияр-Келехана Шамахинского района подробно...
11 сентября 2020, 21:09
Распоряжение Президента Азербайджанской Республики О награждении А.А.Лиханова орденом «Достлуг» подробно...
10 сентября 2020, 17:09
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Гобуустю-Юхары Нематабад-Гаджилар-Ашагы Нематабад-Еникенд-Гарибли Агдашского района подробно...
10 сентября 2020, 17:09
Распоряжение Президента Азербайджанской Республики О мерах по капитальному ремонту автомобильной дороги местного значения в Газахском районе подробно...
9 сентября 2020, 17:09
Распоряжение Президента Азербайджанской Республики О мерах по модернизации единой электронной информационной системы Государственной службы Азербайджанской Республики по мобилизации и призыву на военную службу подробно...
8 сентября 2020, 17:09
Распоряжение Президента Азербайджанской Республики О награждении Я.А.Алиева орденом «За службу Отечеству» 2-й степени подробно...
2 сентября 2020, 17:09
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению обеспечения посевных площадей в Агсуинском, Шамахинском, Шабранском и Евлахском районах оросительной водой и удовлетворению потребностей населения в питьевой воде подробно...
1 сентября 2020, 17:09
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по строительству автомобильной дороги Губа-Гонагкенд Губинского района подробно...
1 сентября 2020, 09:09
Распоряжение Президента Азербайджанской Республики О награждении В.Ю.Алекперова орденом «Достлуг» подробно...
1 сентября 2020, 09:09
Распоряжение Президента Азербайджанской Республики О назначении членов Комиссии Азербайджанской Республики по борьбе с коррупцией подробно...