“Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının 2016 cı il 14 iyun tarixli 270-VQ nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 270-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. həmin Qanunun pozulmasına görə inzibati məsuliyyət müəyyən edən qanun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. həmin Qanunun 7.2-ci maddəsində nəzərdə tutulan kredit və sığorta istehlak kooperativlərinin yaradılmasını və fəaliyyətini tənzimləyən müvafiq qanun layihələrini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2020-ci illər üçün Dövlət Proqramı"nın layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanunun 14.2-ci maddəsinə uyğun olaraq, kənd təsərrüfatı məhsulları bazarlarında kənd təsərrüfatı kooperativlərinə ticarət yerlərinin verilməsi qaydasını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. həmin Qanunun 15.2-ci maddəsinə uyğun olaraq, kənd təsərrüfatı kooperativlərinin nəzdində satış şəbəkələrinin təşkili və fəaliyyəti qaydasını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.8. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.9. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci və 15.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.2. həmin Qanunun 15.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 iyul 2016-cı il.

19 июля 2016, 09:07

http://www.azertag.net

3271—3280 из 3607

13 мая 2014, 16:05

Шахин Мустафаев примет участие в XXIII годовом собрании совета управляющих EBRD   подробно...

13 мая 2014, 12:05

О награждении орденом «Шараф» Г.И.Абуталыбова   подробно...

13 мая 2014, 13:05

О награждении орденом «Достлуг» А.М.Тулеева   подробно...

12 мая 2014, 09:05

О награждении сотрудников Фонда Гейдара Алиева медалью «Терегги»   подробно...

12 мая 2014, 09:05

О создании в подчинении Министерства связи и высоких технологий Азербайджанской Республики Закрытого акционерного общества «Национальный центр ядерных исследований» для использования ядерных технологий в мирных целях   подробно...

8 мая 2014, 14:05

Открыт приём предложений по развитию промышленности в Азербайджане   подробно...

8 мая 2014, 09:05

О награждении Мирейи Агуэро де Корралес орденом «Достлуг»   подробно...

8 мая 2014, 09:05

О предоставлении Ш.Н.Гасанову персональной пенсии Президента Азербайджанской Республики   подробно...

8 мая 2014, 09:05

О назначении М.С.Мамедова главой Исполнительной власти Тертерского района   подробно...

7 мая 2014, 17:05

Азербайджанские инспекторы труда вновь взялись за строительный сектор   подробно...