“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli 909-IVQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 745 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Baş Prokurorluğunun Strukturu”nda dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli 909-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 11-1-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
4. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 745 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Baş Prokurorluğunun Strukturu”nda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 428; 2004, № 1, maddə 19, № 12, maddə 1061; 2006, № 9, maddə 809; 2008, № 3, maddə 200; 2009, № 10, maddə 791; 2010, № 1, maddə 42) aşağıdakı dəyişikliklər edilsin:
4.1. dördüncü abzas beşinci abzas hesab edilsin və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:
“Baş prokurorun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi”;
4.2. 1-ci hissədə “İdarəsi” sözü “Baş İdarəsi” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 mart 2014-cü il.
18 марта 2014, 09:03
10 августа 2016, 09:08
О награждении медалью «Терегги» работников Открытого акционерного общества «Азеришыг» подробно...
10 августа 2016, 09:08
О предоставлении Ф.А.Мамедову персональной пенсии Президента Азербайджанской Республики подробно...
10 августа 2016, 09:08
О присвоении Б. Г. Рзаеву почетного звания «Заслуженный инженер» подробно...
8 августа 2016, 09:08
О мерах по благоустройству территории, прилегающей к комплексу мечети Тезепир подробно...
8 августа 2016, 09:08
О назначении Ф.Х.Кязымова председателем Правления Открытого акционерного общества «Ипотечный фонд Азербайджана» подробно...
5 августа 2016, 09:08
О некоторых мерах по улучшению дорожно-транспортной инфраструктуры и проведению работ по благоустройству вокруг площади Физули на территории Ясамальского района города Баку подробно...
4 августа 2016, 09:08
О отмене Распоряжения Президента Азербайджанской Республики «Об учреждении премий «Лучшее общеобразовательное учреждение» и «Лучший учитель» от 4 сентября 2007 года номер 2373 и некоторых вопросах по реализации «Плана действий, связанных с осуществлением «Государственной стратегии по развитию образования в Азербайджанской Республике», утвержденного Распоряжением Президента Азербайджанской Республики от 19 января 2015 года номер 995 подробно...
4 августа 2016, 09:08
О дополнительных мерах по строительству автомобильной дороги Гюнешли-Агайры-Исметли-Аранлы-Чинарлы-Алиабад Билясуварского района подробно...
3 августа 2016, 09:08
О награждении орденом «Достлуг» Р.Г.Абдулатипова подробно...
3 августа 2016, 09:08
О мерах по строительству автомобильной дороги Зых-Амирджан-Ени Сураханы Сураханского района города Баку подробно...