Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, №4, maddə 684) ilə təsdiq edilmiş “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 2.2.1-1 – 2.2.1-4-cü yarımbəndlər əlavə edilsin:
“2.2.1-1. dövlət qurumlarının sifarişi əsasında iqtisadi yönümlü dövlət proqramlarının və strategiyaların, iqtisadi təşviq layihələrinin texniki-iqtisadi əsaslandırılmasını və risk təhlilini aparır, həmin layihələrlə bağlı maraqlı şəxslər arasında sorğular keçirir;
2.2.1-2. dövlət qurumlarının sifarişi əsasında sənaye parkları, məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətin, habelə iqtisadi yönümlü dövlət proqramlarının monitorinqini və qiymətləndirilməsini aparır;
2.2.1-3. dövlət qurumlarının sifarişi əsasında icra müddəti bitmiş dövlət proqramlarının və dövlət investisiya layihələrinin iqtisadi səmərəsini qiymətləndirir;
2.2.1-4. iqtisadi islahatlara dair təkliflərin hazırlanması və həmin islahatların tətbiqi ilə əlaqədar sorğular keçirir və istehlakçı məmnunluq reytinqlərini nəşr edir;”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. iqtisadi təşviq layihələrinin monitorinqi və qiymətləndirilməsi qaydasının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi qaydasının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. bu Fərmanın 2.2.1-1 – 2.2.1-3-cü yarımbəndlərində nəzərdə tutulan məqsədlər üçün müvafiq dövlət qurumları tərəfindən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə sifarişlərin verilməsi və maliyyələşdirilməsi qaydasının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.4. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyul 2016-cı il.
14 июля 2016, 09:07
13 мая 2014, 16:05
Шахин Мустафаев примет участие в XXIII годовом собрании совета управляющих EBRD подробно...
13 мая 2014, 12:05
О награждении орденом «Шараф» Г.И.Абуталыбова подробно...
13 мая 2014, 13:05
О награждении орденом «Достлуг» А.М.Тулеева подробно...
12 мая 2014, 09:05
О награждении сотрудников Фонда Гейдара Алиева медалью «Терегги» подробно...
12 мая 2014, 09:05
О создании в подчинении Министерства связи и высоких технологий Азербайджанской Республики Закрытого акционерного общества «Национальный центр ядерных исследований» для использования ядерных технологий в мирных целях подробно...
8 мая 2014, 14:05
Открыт приём предложений по развитию промышленности в Азербайджане подробно...
8 мая 2014, 09:05
О награждении Мирейи Агуэро де Корралес орденом «Достлуг» подробно...
8 мая 2014, 09:05
О предоставлении Ш.Н.Гасанову персональной пенсии Президента Азербайджанской Республики подробно...
8 мая 2014, 09:05
О назначении М.С.Мамедова главой Исполнительной власти Тертерского района подробно...
7 мая 2014, 17:05
Азербайджанские инспекторы труда вновь взялись за строительный сектор подробно...