“Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi iləəlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 60 manat müəyyən olunsun.
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən təqaüdü dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik ödəyir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Bu Fərman 2014-cü il aprelin 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 mart 2014-cü il.
18 марта 2014, 09:0314 октября 2014, 09:10
О назначении Н.С.Гаджиева главой Исполнительной власти Низаминского района города Гянджа подробно...
14 октября 2014, 09:10
О награждении медалью «Терегги» лиц, имеющих заслуги в социально-экономическом развитии Абшеронского района подробно...
13 октября 2014, 09:10
Королю Испании Его величеству Фелипе VI подробно...
10 октября 2014, 10:10
Установлены требования при лицензировании для работы со средствами защиты растений и агрохимическими препаратами подробно...
9 октября 2014, 15:10
9 человек составят коллегию Министерства энергетики подробно...
9 октября 2014, 09:10
О назначении А.А.Мамедова главой Исполнительной власти Шамкирского района подробно...
9 октября 2014, 09:10
О создании промышленных кварталов и организации их деятельности подробно...
9 октября 2014, 09:10
Об освобождении Н.В.Вейсова от должности главы Исполнительной власти Шамкирского района подробно...
9 октября 2014, 09:10
О присуждении специальной стипендии молодым талантам подробно...
8 октября 2014, 09:10
О дополнительных мерах по ускорению социально-экономического развития Абшеронского района подробно...