2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 iyun 2016-cı il tarixli 09 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Kərimli Kərim Qələmşah oğlu 2016-cı il iyunun 1-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı şikayət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının onun namizəd kimi qeydə alınmasından imtinaya dair 25 may 2016-cı il tarixli 17/55 saylı qərarının ləğv edilməsini və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Araşdırma prosesində K.Q.Kərimli ilə əlaqə saxlanılmış, əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmiş, iclasda iştirak etməyə dəvət edilmişdir. Onun araşdırmada və komissiyanın iclasında iştirakı təmin edilmişdir.
K.Q.Kərimli şikayətində göstərmişdir ki, 2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş, dairə seçki komissiyasının 15 may 2016-cı il tarixli qərarı ilə namizədliyi təsdiq edilmiş, namizədliyinin qeydə alınması üçün seçici imzaları olan imza vərəqələrini və ona əlavə edilmiş digər sənədləri dairə seçki komissiyasına təqdim etmiş, həmin sənədlərin yoxlanılması zamanı dairə seçki komissiyasına dəvət edilməmiş, qanunsuz və əsassız olaraq onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.
Dairə seçki komissiyası K.Q.Kərimlinin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizədin qeydə alınması üçün etibarlı seçici imzalarının sayı yetərli olmamışdır.
Araşdırma prosesində dairə seçki komissiyası tərəfindən etibarsız hesab edilmiş və şikayətçi tərəfindən mübahisələndirilən seçici imzaları Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupuna təqdim edilmiş və işçi qrupu tərəfindən namizədin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 2 iyun 2016-cı il tarixli protokol və rəylərdən görünür ki, K.Q.Kərimlinin namizəd kimi qeydə alınması üçün təqdim etdiyi imzalardan 131-i müxtəlif əsaslarla etibarsız hesab edilmişdir.
Etibarlı hesab edilən imzaların sayı namizədin qeydə alınması üçün kifayət etmədiyindən onun namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının mübahisələndirilən qərarının ləğv edilməsi və namizədliyinin qeydə alınması üçün hüquqi əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır. Həmin Məcəllənin 60.2.4-cü maddəsinin tələbinə görə, namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımi saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsasdır.
Araşdırma ilə namizəd K.Q.Kərimlinin sənədlərin yoxlanılması zamanı dairə seçki komissiyasına dəvət edilməməsi öz təsdiqini tapmamışdır. Belə ki, dairə seçki komissiyası tərəfindən təqdim edilmiş arayışdan görünür ki, namizəd K.Q.Kərimlinin imza vərəqələri yoxlanılarkən onun yoxlamada və dairə seçki komissiyasının iclasında iştirakı təmin edilmişdir.
Qeyd edilənlərə əsasən namizəd K.Q.Kərimlinin müraciəti əsassız olduğundan təmin edilməməli, namizədliyin qeydə alınmasından imtinaya dair 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının 25 may 2016-cı il tarixli 17/55 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Kərimli Kərim Qələmşah oğlunun 1 iyun 2016-cı il tarixli 09 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, həmin dairə seçki komissiyasının 25 may 2016-cı il tarixli 17/55 saylı qərarı dəyişdirilmədən saxlansın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
6 июня 2016, 09:0629 марта 2023, 14:03
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по строительству автомобильной дороги Агсу-Кюрдамир-Бахрамтепе (19 км)-Арабмехдибей-Дедели-Гасымбейли-Халилли-Мустафалы-Гёйделлекли-Текле-Делиляр-Гарагоюнлу-Кендоба Агсуинского района подробно...
28 марта 2023, 14:03
Распоряжение Президента Азербайджанской Республики О назначении специального представителя Президента Азербайджанской Республики в Лачинском районе, входящем в Восточно-Зангезурский экономический район подробно...
17 марта 2023, 16:03
Распоряжение Президента Азербайджанской Республики О награждении Р.М.Мамедова орденом «За службу Отечеству» 1-й степени подробно...
17 марта 2023, 16:03
Распоряжение Президента Азербайджанской Республики Об освобождении Э.Н.Мамедова от должности главы Исполнительной власти Ордубадского района Нахчыванской Автономной Республики подробно...
15 марта 2023, 15:03
Распоряжение Президента Азербайджанской Республики О награждение А.Р.Рзаева орденом «Эмек» 1-й степени подробно...
6 марта 2023, 13:03
Распоряжение Президента Азербайджанской Республики О награждении азербайджанских женщин медалью «Терегги» подробно...
1 марта 2023, 14:03
Распоряжение Президента Азербайджанской Республики О призыве с 1 по 30 апреля 2023 года граждан Азербайджанской Республики на срочную действительную военную службу и увольнении в запас военнослужащих срочной действительной военной службы подробно...
21 февраля 2023, 16:02
Распоряжение Президента Азербайджанской Республики О награждении А.И.Бабаева «Почетным дипломом Президента Азербайджанской Республики» подробно...
21 февраля 2023, 16:02
Распоряжение Президента Азербайджанской Республики О награждении М.М.Аббасзаде орденом «Шараф» подробно...
15 февраля 2023, 15:02
Распоряжение Президента Азербайджанской Республики Об освобождении О.Г.Эльдарова от должности ректора Азербайджанской академии художеств подробно...