“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 6 may tarixli 226-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 6 may tarixli 226-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616; 2005, № 12, maddə 1099; 2006, № 5, maddə 400, № 12, maddə 1034; 2007, № 4, maddə 323, № 12, maddə 1225; 2008, № 11, maddə 972; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 10, maddə 780; 2010, № 7, maddə 610; 2011, № 7, maddə 631; 2013, № 7, maddə 805, № 11, maddə 1324; 2014, № 4, maddə 359, № 5, maddə 477, № 9, maddə 1027, № 10, maddə 1198, № 11, maddələr 1390, 1420; 2015, № 1, maddə 12, № 12, maddə 1454; 2016, № 2 (II kitab), maddələr 261, 265, № 3, maddə 450; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 26 may tarixli 921 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.1-ci bənddə “164.1.20-ci,” sözlərindən sonra “164.1.28-ci (birinci və ikinci hallarda), 165.1.7-ci (hər iki halda),” sözləri əlavə edilsin;
2.2. 1.21-ci və 1.23-cü bəndlərdən “və Sənaye” sözləri çıxarılsın;
2.3. 1.26-cı bənddə “maddəsində” sözü “və 164.1.28-ci (üçüncü halda) maddələrində” sözləri ilə əvəz edilsin;
2.4. 1.27-ci bəndin (birinci halda) sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;
2.5. 1.27-ci bənddə (ikinci halda) “1.27.” rəqəmləri “1.28.” rəqəmləri ilə, sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilməklə aşağıdakı məzmunda 1.29-cu bənd əlavə edilsin:
“1.29. həmin Məcəllənin 164.1.28-ci və 165.1.7-ci maddələrində “sənaye parkı” dedikdə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 iyun tarixli 1255 nömrəli Sərəncamına əsasən yaradılmış Qaradağ Sənaye Parkı, “müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti” dedikdə, gəmiqayırma fəaliyyəti ilə məşğul olan sənaye parkının rezidenti nəzərdə tutulur.”.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 iyun 2016-cı il.
2 июня 2016, 09:0615 ноября 2022, 07:11
Распоряжение Президента Азербайджанской Республики О награждении медалью «Терегги» сотрудников Государственного фонда социальной защиты в подчинении Министерства труда и социальной защиты населения Азербайджанской Республики подробно...
18 октября 2022, 14:10
Распоряжение Президента Азербайджанской Республики О назначении Н.А.Самедова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Королевстве Марокко подробно...
18 октября 2022, 14:10
Распоряжение Президента Азербайджанской Республики Об отзыве О.С.Гурбанова с должностей чрезвычайного и полномочного посла Азербайджанской Республики в Королевстве Марокко, одновременно в Исламской Республике Мавритания, Республике Сенегал, Республике Мали, Португальской Республике, Тунисской Республике и постоянного представителя Азербайджанской Республики при Исламской организации по вопросам образования, науки и культуры (ИСЕСКО) подробно...
18 октября 2022, 14:10
Распоряжение Президента Азербайджанской Республики О назначении Ш.К.Мехдизаде чрезвычайным и полномочным послом Азербайджанской Республики в Социалистической Республике Вьетнам подробно...
18 октября 2022, 14:10
Распоряжение Президента Азербайджанской Республики О назначении А.Л.Иманова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Республике Хорватия подробно...
18 октября 2022, 14:10
Распоряжение Президента Азербайджанской Республики Об отзыве Ф.И.Гурбанова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Республике Хорватия подробно...
18 октября 2022, 14:10
Распоряжение Президента Азербайджанской Республики Об отзыве А.Л.Иманова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Социалистической Республике Вьетнам, одновременно в Королевстве Камбоджа и Лаосской Народно-Демократической Республике подробно...
18 октября 2022, 14:10
Распоряжение Президента Азербайджанской Республики О некоторых мерах, связанных с продолжением работ по реконструкции автомобильных дорог на территории Бинагадинского района города Баку подробно...
17 октября 2022, 16:10
Распоряжение Президента Азербайджанской Республики О назначении Л.Я.Абдуллаевой чрезвычайным и полномочным послом Азербайджанской Республики во Французской Республике подробно...
17 октября 2022, 16:10
Распоряжение Президента Азербайджанской Республики О назначении Р.С.Мустафаева чрезвычайным и полномочным послом Азербайджанской Республики в Королевстве Нидерландов подробно...