2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 may 2016-cı il tarixli 07 və 08 saylı müraciətlərə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələri Tağızadə Rəfail Alı oğlu və Ağazadə Ənvər Sərdar oğlu 2016-cı il mayın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, dairə seçki komissiyasının 14 may 2016-cı il tarixli 11/36 saylı qərarının əsassız olduğunu iddia etmiş, dairə seçki komissiyasına edilmiş müraciətlə bağlı həmin komissiyanın hərəkətsizliyini mübahisələndirərək qanunu pozan şəxslər haqqında tədbirlərin görülməsini xahiş etmişlər.
Şikayətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən bir icraatda birləşdirilərək bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Araşdırma prosesində müraciət etmiş səlahiyyətli nümayəndələrlə əlaqə saxlanılmış, əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada, habelə iclasda iştirak etmək hüquqlarının olması izah edilmiş, iclasda iştirak etməyə dəvət olunmuş və Ə.S.Ağazadənin iclasda iştirakı təmin edilmişdir. R.A.Tağızadə müraciətində iddia olunan qanun pozuntularını özündə ehtiva edən hər hansı dəlil, sənəd və ya materiala malik olmadığını, Ə.S.Ağazadə isə onda olan sənəd və materialı araşdırmaya təqdim edəcəyini bildirsə də, o, araşdırmada iştirak etməmişdir.
Səlahiyyətli nümayəndələr R.A.Tağızadə və Ə.S.Ağazadə öz müraciətlərində 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə deputatlığa namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş Ağa-zadə İqbal Fehruz oğlunun namizədliyinin müdafiəsi üçün imza toplayan şəxslərə qarşı Ağdaş rayonu Dəhnəxəlil kənd ərazi icra nümayəndəsi, həmin kəndin bələdiyyə və ağsaqqallar şurasının sədri tərəfindən təzyiqlərin edildiyini, 6 may 2016-cı ildə Ağdaş şəhərinin 20 Yanvar, N.Nərimanov, S.Vurğun küçələrində və Heydər Əliyev prospektində xüsusi təlimatlandırılmış bir qrup şəxsin müxtəlif seriya və nömrəli maşınlarla imza toplayanlara qarşı qanunsuz hərəkətlər etdiyini, namizədin müdafiəsi üçün imza vermiş səxslərin təhqir edildiyini, vətəndaşların seçki hüquqlarının pozulduğunu, qeyd edilən bu pozuntulara dair dairə seçki komissiyasına edilmiş müraciətlə bağlı heç bir tədbir görülmədiyini bildirmişlər.
Araşdırma ilə müəyyən edilmişdir ki, Ümid Partiyasının səlahiyyətli nümayəndələri Ə.S.Ağazadə 7 və 12 may 2016-cı ildə, R.A.Tağızadə 12 may 2016-cı ildə namizəd İ.F.Ağa-zadənin müdafiəsi ücün imza toplayan şəxslərə qarşı qanunsuz hərəkətlərin edilməsi barədə dairə seçki komissiyasına müraciət etmiş, komissiya həmin müraciətləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə hərtərəfli və geniş araşdırmış, iddia olunan qanun pozuntuları araşdırma zamanı öz təsdiqini tapmadığından müraciətlər əsassız hesab edilərək təmin edilməmiş və bu barədə 9 may 2016-cı il tarixli 8/27 və 14 may 2016-cı il tarixli 11/36 saylı qərarlar qəbul edilmişdir.
Yuxarıda qeyd edilən müraciətlərdə iddia olunan qanun pozuntularının dairə seçki komissiyası tərəfindən hərtərəfli araşdırılması məqsədi ilə iş üzrə zəruri olan bütün izahatlar, arayışlar və digər sənədlər əldə edilmiş, Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin araşdırmalarda iştirakı təmin edilmiş və seçki qanunvericiliyinə uyğun aparılmış araşdırma zamanı müraciətlərin əsassız olaraq təmin edilməməsi barədə düzgün hüquqi nəticəyə gəlinmişdir. Beləliklə, dairə seçki komissiyasının mübahisələndirilən qərarı əsaslı hesab edilərək dəyişdirilmədən saxlanılmalıdır.
Araşdırma ilə 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının ərizəçilər tərəfindən edilmiş müraciətlərə baxmaması kimi ifadə olunan hərəkətsizliyi ilə bağlı iddiaların əsassız olduğu müəyyən edilmişdir.
Bundan başqa, namizədin müdafiəsi üçün imza vermiş səxslərin təhqir edilməsi barədə iddialar araşdırma zamanı öz təsdiqini tapmadı. Belə ki, bu barədə ərizəçilər tərəfindən araşdırmaya hər hansı bir dəlil, material və sənəd təqdim edilməmiş, eyni zamanda dairə və Mərkəzi Seçki Komissiyasına bununla bağlı şifahi və yazılı müraciət daxil olmamışdır.
Qeyd edilənlərə əsasən şikayətlər əsassız olduğundan təmin edilməməli, 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının 14 may 2016-cı il tarixli 11/36 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələri Tağızadə Rəfail Alı oğlu və Ağazadə Ənvər Sərdar oğlunun 24 may 2016-cı il tarixli 07 və 08 saylı müraciətləri əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 14 may 2016-cı il tarixli 11/36 saylı qərarı dəyişdirilmədən saxlansın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
27 мая 2016, 09:05
11 августа 2020, 18:08
Распоряжение Президента Азербайджанской Республики О проведении 100-летия Ахмедийи Джебраилова подробно...
11 августа 2020, 18:08
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству здания новой общеобразовательной школы в селе Гызылагадж Масаллинского района подробно...
6 августа 2020, 16:08
Распоряжение Президента Азербайджанской Республики О мерах по вводу в эксплуатацию Дашкесанского железорудного месторождения подробно...
5 августа 2020, 13:08
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по продолжению работ по реконструкции автомобильных дорог на территории Ясамальского района города Баку подробно...
31 июля 2020, 21:07
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству здания новой общеобразовательной школы в селе Сумагаллы Исмаиллинского района подробно...
31 июля 2020, 21:07
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству на территории Исмаиллинского района Центра творчества, выставок и продаж DOST Evi Министерства труда и социальной защиты населения Азербайджанской Республики подробно...
31 июля 2020, 21:07
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству нового моста на пересечении автомобильной дороги Муганлы-Исмаиллы-Габала с рекой Агсу подробно...
31 июля 2020, 21:07
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Муганлы-Исмаиллы (17 км)-Басгал-Гычатан-Таглабиян- Кялфарадж- Зейва-Кюрдюван –Ханкенди-Мюджю – Сарсура-Кялязейва-Сулут Исмаиллинского района подробно...
31 июля 2020, 21:07
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по расширению инфраструктурных возможностей центра «ASAN xidmət», сданного в эксплуатацию в Балакенском районе подробно...
30 июля 2020, 21:07
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Гарамарьям -Исмаиллы-Шеки (134 км)-Ширинбулаг Шекинского района подробно...