Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin ləğv edilməsi və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin adının dəyişdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının 2000-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 dekabr tarixli 212 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 692; 2000, № 7, maddə 519) 10-cu hissəsi ləğv edilsin.
2. “Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 612 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 758; 2002, № 9, maddə 556, № 12, maddə 715; 2014, № 5, maddə 477) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 5-ci hissənin iyirmi beşinci abzasından, 12-ci hissənin üçüncü abzasından və 23-cü hissədən “və Sənaye” sözləri çıxarılsın;
2.2. 6-cı hissənin səkkizinci abzasında “Satınalmalar üzrə Dövlət Agentliyi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
3. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 51; 2014, № 5, maddə 477) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. beşinci abzasdan “və Sənaye” sözləri çıxarılsın;
3.2. yeddinci abzasda “Satınalmalar üzrə Dövlət Agentliyi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
4. “Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 161 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 1007; 2005, № 7, maddə 591; 2014, № 2, maddə 112, № 5, maddə 477) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 10-cu hissədən, 11-ci hissənin üçüncü abzasından, 18-ci və 23-cü hissələrdən “və Sənaye” sözləri çıxarılsın;
4.2. 20-ci hissədə “Satınalmalar üzrə Dövlət Agentliyi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
5. “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun tarixli 103 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 6, maddə 415) 2-ci hissəsində “Satınalmalar üzrə Dövlət Agentliyinə” sözləri “İqtisadiyyat Nazirliyinə” sözləri ilə əvəz edilsin.
6. “Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005 ci il 1 iyun tarixli 834 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 493, № 10, maddə 968; 2006, № 7, maddə 588, № 9, maddə 743; 2007, № 5, maddə 459; 2009, № 4, maddə 233; 2010, № 2, maddə 80, № 7, maddə 620; 2012, № 12, maddə 1291; 2013, № 3, maddə 292; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 11, maddə 1414; 2015, № 8, maddə 957) 1-ci hissəsindən “və sənaye” sözləri, habelə “İskəndər Çəndirli - Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru” sözləri çıxarılsın.
7. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 7, maddə 728; 2009, № 12, maddə 1043; 2010, № 7, maddə 610; 2014, № 5, maddə 477) ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı (2007-2011-ci illər)”nın IV hissəsində aşağıdakı dəyişikliklər edilsin:
7.1. 35-ci bənddən “və Sənaye” sözləri çıxarılsın;
7.2. 41-ci bənddə “Satınalmalar üzrə Dövlət Agentliyi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 872; 2014, № 5, maddə 477, № 9, maddə 1027) ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda aşağıdakı dəyişikliklər edilsin:
8.1. 12.1-ci bənddən “və Sənaye” sözləri çıxarılsın;
8.2. 14.4-cü və 14.5-ci bəndlərdə “Satınalmalar üzrə Dövlət Agentliyi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
9. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası üzrə Milli Fəaliyyət Qrupunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 may tarixli 2918 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 558; 2014, № 5, maddə 477, № 11, maddə 1414) aşağıdakı dəyişikliklər edilsin:
9.1. 1-ci hissədən “və sənaye” sözləri, habelə “İskəndər Çəndirli - Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru” sözləri çıxarılsın;
9.2. 3-cü hissədən “və Sənaye” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 may 2016-cı il.
23 мая 2016, 09:0528 декабря 2022, 08:12
Распоряжение Президента Азербайджанской Республики О награждении группы сотрудников Государственного агентства по оказанию услуг гражданам и социальным инновациям при Президенте Азербайджанской Республики подробно...
26 декабря 2022, 16:12
Распоряжение Президента Азербайджанской Республики О награждении Ф.Ш.Бадалбейли орденом «Шараф» подробно...
22 декабря 2022, 14:12
Распоряжение Президента Азербайджанской Республики О назначении З.И.Фати-заде председателем Правления Службы финансового мониторинга Азербайджанской Республики подробно...
22 декабря 2022, 14:12
Распоряжение Президента Азербайджанской Республики О назначении А.Г.Керимли первым заместителем министра культуры Азербайджанской Республики подробно...
22 декабря 2022, 14:12
Распоряжение Президента Азербайджанской Республики Об освобождении А.Г.Керимли от должности первого заместителя директора Центра Гейдара Алиева подробно...
22 декабря 2022, 14:12
Распоряжение Президента Азербайджанской Республики Об освобождении А.Г.Керимова от должности министра культуры Азербайджанской Республики подробно...
21 декабря 2022, 08:12
Распоряжение Президента Азербайджанской Республики О мерах, связанных с проведением в 2023 году очередного конкурса «Восхождение» подробно...
21 декабря 2022, 08:12
Распоряжение Президента Азербайджанской Республики О награждении О.Г.Эльдарова орденом «Эмек» 1-й степени подробно...
21 декабря 2022, 08:12
Распоряжение Президента Азербайджанской Республики О регулировании должностных окладов сотрудников Государственной миграционной службы Азербайджанской Республики, имеющих специальное звание подробно...
16 декабря 2022, 08:12
Распоряжение Президента Азербайджанской Республики О досрочном прекращении полномочий судьи Сабунчинского районного суда города Баку С.А.Агаева подробно...